Icma.az
close
up
RU
Xarici dil imtahanlarında səsləndirmə ilə bağlı problem olmayıb DİM

Xarici dil imtahanlarında səsləndirmə ilə bağlı problem olmayıb DİM

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Dövlət İmtahan Mərkəzi dünən doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanında dinləmədə problemlər yaranması iddialarına cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, mərkəzdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, DİM-in doktorantura üzrə keçirilən xarici dil imtahanlarının məqsədi beynəlxalq səviyyədə qəbul edilmiş dil bilikləri meyarlarına uyğun olaraq namizədlərin xarici dil bacarıqlarını ölçməkdir.

"DİM tərəfindən keçirilən ingilis dili imtahanı CEFR (Common European Framework of Reference for Languages) standartlarına əsaslanaraq hazırlanır və bu tapşırıq materialları B2 və daha yuxarı səviyyədə dil biliyi tələb edir. Bu səviyyə, beynəlxalq dil biliyinin qiymətləndirilməsi sisteminə uyğun olaraq, ümumi dil bacarığı ilə yanaşı, akademik və elmi mətnləri başa düşmək və müəyyən elmi fəaliyyətlərdə dil bacarığını tətbiq etməyi hədəfləyir. Bu, sırf gündəlik dil istifadəsi yox, yüksək akademik tələblərə cavab verən bilik səviyyəsini nəzərdə tutur.İmtahanların beynəlxalq norma və prinsiplər əsasında keçirilməsi vacibdir və bu prinsiplərə uyğun olaraq, imtahanda təqdim edilən materiallar CEFR beynəlxalq dil səviyyələri çərçivəsində təhlil edilib və müvafiq olaraq tələb olunan səviyyəyə uyğunluğu təsdiq edilmişdir. İştirakçılar tərəfindən səsləndirilən narazılıqlarla bağlı bildirmək istərdik ki, esse bölməsində təqdim olunan mövzular xüsusi ixtisaslaşma və texniki bilik tələb etməyən, gündəlik həyatla bağlı, müzakirəsi və işlənməsi rahat olan mövzulardır. Bu mövzular əsasən ümumi dünyagörüşü və arqumentasiya bacarıqlarını yoxlamağa yönəlib və dil səviyyəsini obyektiv qiymətləndirməyə xidmət edir.

Dinləmə mətnləri ilə bağlı deyə bilərik ki, bu özü sizdən müəyyən bir bacarıq tələb edir. Mətni eşidib anlamaq üçün dinləmə qabiliyyəti inkişaf etdirilmiş olmalıdır. Bəzən iştirakçıların bu bacarığı lazımi səviyyədə olmur və onlar belə hesab edirlər ki, anlaşılmazlığın səbəbi səslə bağlıdır. Ancaq belə deyil, çünki səsləndirmədə hər hansı bir texniki problem olarsa, o yerindəcə həll edilir. Qurğuda səsi artırıb azaltmaq mümkündür. Hətta texniki nazaslıq aşkar olunarsa, o qurğu yenisi ilə əvəz olunur, həmçinin itirilmiş zaman nəzərə alınır və iştirakçılara əlavə vaxt da verilir. Bütün bunlar imtahan zamanı həll oluna bilən məsələlərdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 İyun 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri