Xarici diplomatlar Laçında Qarabağ xalçaları nümayiş OLUNDU FOTO
Sfera.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri Laçına səfərləri çərçivəsində “Hoçazfilm” yaradıcılıq studiyası və “Yurd” xalça qalereyasına baş çəkiblər.
Sfera.az xəbər verir ki, səfər zamanı nümayəndələr studiyada filmlərdə istifadə olunan müxtəlif maketlərlə tanış olublar.
Qonaqlara bu maketlərin hazırlanması prosesi və kino istehsalında rolu barədə ətraflı məlumat verilib.
Ardınca “Yurd” qalereyasında nümayəndələrə Qarabağ xalçaları təqdim olunub. Laçında toxunan xalçalar qonaqların xüsusi marağına səbəb olub. Səfər iştirakçılarına xalçaçılıq prosesi – o cümlədən ilmə atma texnikası – əyani şəkildə nümayiş etdirilib.
Qeyd edək ki, səfərdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi attaşelər də daxil olmaqla 100-ə yaxın diplomat iştirak edir. Nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Diplomatik korpusun nümayəndələri səfər proqramı çərçivəsində iyunun 21-də Şuşa və Ağdam şəhərlərinə də baş çəkəcəklər.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 20 İyun 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















