Icma.az
close
up
RU
Menu

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Qarındakı piyləri əritməyin sirri açıldı

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

U 17 millisi Gəncədə

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Xarici dövlət borcumuz azalıb

Xarici dövlət borcumuz azalıb

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Borcun məbləği ÜDM-in 6,5 faizini təşkil edir

Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən 2025-ci ilin 9 ayı üzrə dövlət borcuna dair hesabat hazırlanıb. Sənəd dövlət borcu sahəsində şəffaflığın təmin olunması, dövlət borcu ilə bağlı ictimaiyyətə açıqlanan informasiya dairəsinin genişləndirilməsi və bu sahə üzrə məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə dərc olunub. Agentliyin hesabatına əsasən, 2025-ci il oktyabrın 1-nə olan dövrdə, Azərbaycanın daxili və xarici borc olmaqla cəmi dövlət borcu 25 milyard 365 milyon manat olmaqla ÜDM-in 19,5 faizini təşkil edir. Maliyyə Nazirliyinin açıqladığı hesabata əsasən, borc portfelinin 8,3 milyard manatı (4,9 milyard dollar) və ya 32,8 faizi xarici dövlət borcunun (ÜDM-in 6,5 faizi ), 17 milyard manatı və ya 67,2 faizi daxili dövlət borcunun (ÜDM-in 13,1 faizi) payına düşür.  Xarici dövlət borcu 2025-ci il yanvarın 1-nə olan tarixlə müqayisədə 236,6 milyon manat, daxili dövlət borcu isə 1 milyard 612,9 milyon manat azalıb. Hesabat tarixinə daxili dövlət borcunun 7, 9 milyard manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9,1 milyard manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşür.

Xarici borcun 85 faizi dollar öhdəlikləridir

Xarici borcun faizlər üzrə strukturu da təmkinli siyasət üzrə müəyyənləşib. Belə ki, dəyişkən faiz dərəcəsi üzrə öhdəliklər xarici borc portfelinin 48,9 faizini, sabit dərəcə üzrə öhdəliklər isə 51,1 faizini təşkil edir. Xarici dövlət borcunun 50,7 faizi 5 ilə qədər olan müddətdə, 43,9 faizi  5  ildən 10 ilə qədər olan müddətdə, qalan 5,4 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Xarici dövlət borcunun valyuta tərkibi isə aşağıdakı kimi təsnifləşdirilə bilər:

* Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları üzrə 3,4 faiz;

* ABŞ dolları ilə 85,3 faiz;

* Avro  ilə 6,3 faiz;

* Yapon yeni ilə 3,3 faiz;

* Digər xarici valyutalar üzrə 1,7 faiz

Azərbaycan hazırda xarici borcun vəziyyətinə görə, dünyanın ən sabit ölkələri sırasında yer alır. Ölkəmizdə xarici borcun ÜDM-də payı 6,5 faiz olmaqla ümumdünya göstəricilərindən qat-qat aşağıdır. Beynəlxalq praktikada xarici borcun ÜDM-də nisbəti 50 faizi ötdükdə bu, təhlükəli hədd sayılır. Borcun məbləğinin yüksək olması ölkənin ümumi xarici öhdəliklərini  pisləşdirməklə yanaşı, milli iqtisadi təhlükəsizliyinə də mənfi təsir göstərir.

MDB və Cənubi Qafqazda ən az borca malik ölkə

Azərbaycan xarici borcun bu nisbətinə görə, MDB, Asiya və Şərqi Avropa regionu ölkələrinin əksəriyyətindən xeyli yaxşı mövqedədir. Belə ki, Cənubi Qafqaz regionu ölkələrində xarici borcun ÜDM-də nisbəti 40-50 faizə bərabərdir. Ermənistan xarici borcun həcminə görə, bu bölgədə ən təhlükəli ölkələr sırasındadır, bu ölkənin xarici dövlət borcu 2025-ci ilin birinci yarısında 12,5 milyard dollar olmaqla ÜDM-in 54 faizini təşkil edir. Borcun adambaşına düşən nisbətinə görə də Azərbaycan ən qənaətbəxş vəziyyətə malikdir. Məsələn, Ermənistanda adambaşına düşən borcun həcmi 3,7 min dollar təşkil edir ki, bu da dünyada ən pis göstəricilərdən biridir. Borcun ÜDM-ə nisbətinə görə, Gürcüstanın da borc yükü Azərbaycana nisbətdə xeyli yüksəkdir. Bu ölkənin xarici borcunun ÜDM-ə nisbəti 43 fazidən yuxarıdır. Gürcüstanda adambaşına düşən borcun həcmi 2,8 min dollar təşkil edir. Azərbaycanda isə adambaşına düşən borcun həcmi 495 dollardır. Bütün bu amillər Azərbaycanın öz iqtisadi potensialı sayəsində xarici borcu tam bağlamağa imkan verir.

Strateji valyuta ehtiyatları xarici borcu 16,6 dəfə üstələyir

Cənubi Qafqaz ölkələrində borcun strateji rezervlərin nisbətinə görə də, Azərbaycan ən yaxşı mövqeyə malikdir. Ölkəmizin strateji valyuta ehtiyatlarının həcmi 2025-ci ilin 1 oktyabr tarixinə Dövlət Neft Fondu və Mərkəzi Bankın birgə rezervləri ilə birlikdə 81,5 milyard dolları məbləğindədir. Bu isə, strateji ehtiyatlarımızın xarici dövlət borcunu 16,6 dəfə üstələdiyini göstərir.

Azərbaycanın ÜDM-ə nisbətdə aşağı borc səviyyəsi və yüksək strateji valyuta ehtiyatları ölkəmizin tədiyyə qabiliyyəti barədə beynəlxalq maliyyə bazarlarında olduqca müsbət rəy formalaşdırıb. Həmçinin ölkəmizdə ictimai-siyasi, iqtisadi və sosial sabitlik, aydın ifadə olunmuş siyasi iradə və perspektivlər xarici borclar üçün risk səviyyəsini aşağı salır. Dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli strategiya sənədinə əsasən, ?arici borcun ÜDM-in 10 faiz üstələməməsi həddi üzrə borclanmanın sabit saxlanması nəzərdə tutulub. Hazırda həmin həddin ÜDM-in 6,5 faiz olmasını nəzərə alsaq, Azərbaycanın xarici maliyyə institutlarından əlavə borc almaq imkanları var. Bu ssenarini izləyən xarici maliyyə qurumları daha aşağı faizlə və uzunmüddətli şərtlərlə ölkəmizə borc təklif edir. Çünki borcun idarəedilməsi strategiyası çox əlverişlidir. Bu konteksdən yanaşdıqda Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Səudiyyə Fondu və digər beynəlxalq institutlar Azərbaycana ən sərfəli kredit təklifləri irəli sürür. Azərbaycan həmin sərfəli təklifləri nəzərə alaraq Böyük Qayıdışın sürətlə icra olunduğu şəraitdə səmərəli borclanmaya gedilməsi istisna deyil.

Daxili borcun məbləği niyə çoxdur?

Cari ilin ötən 9 ayı ərzində daxili dövlət borcunun ÜDM-də payı 13,1 faiz təşkil etməklə, cəmi həcmi 17 milyard manata bərabər olub. 25,3 milyard manatlıq borc portfelinin 67,2 faizini təşkil edən daxili borcun həcmi xarici borcun həcmindən 2,2 dəfə çoxdur. Bu rəqəmlər bəzən cəmiyyətdə suallar yaradır ki, niyə daxili borc xarici borcdan xeyli coxdur. Yaxud, niyə hökumət niyə daxili borclanmaya daha çox üstünlük verir?

Məlumdur ki, 2018-ci ilə Azərbaycanda dövlət borcunun idarə olunmasına dair yeni strategiyanın qəbul olunduğu dövrə qədər daha çox xarici kredit təşkilatlarından alınan borclara üstünlük verilirdi. Məsələn, 2015-ci ildə ölkəmizin dövlət borcunun ümumi məbləği təxminən 5 milyard manat təşkil edirdi ki, onun 4,3 milyard manatı (5,5 milyard dollar) və yaxud 86 faizi xarici, 697 milyon manatı və ya 14 faizi daxili borcun payına düşürdü. Həmin dövrdə xarici dövlət borcunun çəkisi ümumi daxili məhsulda (ÜDM) 7,6 faizə, daxili dövlət borcunun payı isə 1,2 faiz təşkil edirdi. Həmin illərdə qlobal bazarlarda baş verən tənəzzüldən qaynaqlanan şoklar Azərbaycanın borc yükünün artmasına əlavə təzyiqləri artıraraq xarici borcun məbləğinin və ÜDM-də çəkisinin artmasına səbəb olurdu. 2015-ci ildə manatın devalvasiyası isə borc məbləğinin manat ekvivalenti ilə yüksəlməsinə və borcun ÜDM-də payının artmasına gətirib çıxardı. Məzənnə dəyişiklikləri nəticəsində cəmi bir il ərzində, 2016-cı ilin yanvar ayında Azərbaycanın dövlət borcunun ümumi məbləği 9 milyard 777 milyon manata yüksəldi.

Qlobal maliyyə bazarlarında yaşanan qeyri-sabitliyin yenidən təkrarlana biləcəyi risklərini nəzərə alan Azərbaycan hökuməti borc portfeli üzrə risklərin effektiv idarə edilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiya hazırlayaraq həyata keçirməyə başladı. 2018-ci ildən etibarən daxili borclanmaya yönəlmiş strategiyaya üstünlük verildi və bu öz müsbət effektini göstərdi. Daxili borc portfelində əsas yer tutan dövlət istiqrazlarının buraxılışı sayəsində borc strategiyasında əhəmiyyətli nəticələr əldə olundu və bu proses davam etməkdədir. Hazırda 5 və 7 illik dövlət istiqrazlarının emissiyası maliyyələşmə riskinin azaldılmasına töhfə verməklə yanaşı, bazarın böyüməsini də stimullaşdırıb.

Göründüyü kimi, daxili borcalma xərclərinin nisbətən yüksək olmasına baxmayaraq, məzənnə riski və digər xarici təhdidlərdən sığortalanmaq məqsədilə xarici dövlət borcunun azalması strategiyası daha düzgün seçim olmaqla uğurludur.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:265
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Noyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see267

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see264

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see257

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see256

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see246

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see241

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see240

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see230

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see220

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see218

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see215

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see214

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see213

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see211

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see206

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see204

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see203

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see202

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see202

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri