Icma.az
close
up
RU
“Xarici ilə evlənərsən quyruq yeyərsən...” Əcnəbilərlə evlilik niyə ARTIB?

“Xarici ilə evlənərsən quyruq yeyərsən...” Əcnəbilərlə evlilik niyə ARTIB?

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Son dövrlərdə xarici ölkə vətəndaşları ilə həmyerlilərimiz arasında evliliklərin sayı artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 48 546 nikaha daxilolma halı qeydə alınıb. Bunlardan 937-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1 127-si isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanan nikahlardır.

Maraqlıdır, niyə xarici vətəndaşlarla ailə qurmağa meyl bu qədər artıb?

Fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub Musavat.com-a qeyd edib ki, birinci səbəb Azərbaycan vətəndaşları ilə xarici vətəndaşlar arasında əlaqələrin çoxalmasıdır:

“Sovet vaxtı, yaxud sosial şəbəkələrin, internetin olmadığı dövrlərdə bu əlaqələr bu qədər deyildi. İndi isə sosial şəbəkələr dövrüdür. İnsanlar xarici vətəndaşlarla tanış olurlar, bir növ sərhədlər aradan qalxıb. Xaricə gediş-gəliş artıb, əlaqələr çoxalıb, tanışlıqlar da genişlənib. Təbii olaraq, insanlar bu tanışlıqlardan sonra nikaha da girirlər, ailə qururlar”.

Sosioloqa görə, ikinci səbəb təhsil və işlə bağlı ola bilər: “Yəni azərbaycanlı xanımlar arasında xaricdə yaşamaq, təhsil almaq, işləmək, həyat qurmaq istəyənlər ola bilər. Ailə qurmaqla onlar bu məqsədlərinə çatmış olurlar. Xaricdə təhsil almaq, çalışmaq, həyatını başqa bir ölkədə qurmaq kimi arzuları olanlar üçün bu da bir yoldur. Burada subyektiv səbəblər var və bu, bir qədər də şəxsi seçim məsələsidir. İnsanların şəxsi seçiminə müdaxilə edə bilmərik. Mən bunu Azərbaycandan bezmək və ya Azərbaycandan qaçmaq niyyəti ilə əlaqələndirmək istəməzdim. Düşünmürəm ki, xarici vətəndaşlarla ailə quran xanımlarımızın əksəriyyətinin məqsədi bu olsun. Ola bilər, istisna hallar da var. Amma ümumilikdə belə düşünmürəm. Çünki ailə qurduqdan sonra da insanlar gəlib-gedirlər, əlaqələrini saxlayırlar. Məsələn, bir dəfə radioda bir bəy danışırdı ki, Kolumbiyadan olan bir xanımla ailə qurub. Düşünün, Kolumbiya ilə Azərbaycan arasında belə bir ailə qurulub. Necə tanış olduqları ayrı məsələdir, amma ailə qurublar və hər şey də yaxşıdır”.

Sosioloq əlavə edib ki, bu cür nikahlar həm də xalqlar arasında əlaqələrin genişlənməsinə töhfə verə bilər: “Amma bunun həddindən artıq genişlənməsi gələcəkdə müəyyən risklər də yarada bilər. Ona görə də təbliğatımız əsasən bu istiqamətdə olmalıdır ki, azərbaycanlılar bir-biri ilə ailə qursunlar”.

Qeyd edək ki, bəzi ölkələrdə vətəndaşların xaricilərlə nikah bağlamasının qarşısını birbaşa almaq üçün deyil, daha çox milli kimliyin, ailə institutunun və demoqrafik balansın qorunması məqsədilə müxtəlif təşviq proqramları həyata keçirilib. Məsələn, Sinqapur uzun illərdir yerli vətəndaşlar arasında evliliyi təşviq edir. Macarıstan da ailə dəyərlərinin qorunması istiqamətində ən fəal ölkələrdən biridir. Hökumət çoxuşaqlı ailələrə vergi güzəştləri, güzəştli kreditlər və mənzil proqramları təqdim edir. Yaponiya və Cənubi Koreya kimi ölkələrdə də gənclərin yerli vətəndaşlarla ailə qurmasını təşviq edən dövlət və bələdiyyə proqramları mövcuddur. Xüsusilə regionlarda tanışlıq tədbirləri, ailə festivalları və sosial layihələr təşkil olunur. Bəzi Körfəz ölkələrində isə daha sərt yanaşma mövcuddur. Məsələn, Səudiyyə Ərəbistanı və Küveyt vətəndaşların xarici vətəndaşlarla evlənməsi üçün xüsusi dövlət icazəsi tələb edir. Bu, milli təhlükəsizlik, sosial sabitlik və vətəndaşlıq məsələləri ilə əlaqələndirilir. Birləşmiş Ərəb Əmirlikləri isə öz vətəndaşlarının yerli vətəndaşlarla ailə qurmasını təşviq etmək üçün maliyyə yardımları və nikah fondları yaradıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Aprel 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri