“Xarici investorlar üçün əsas məsələ müqavilələrin beynəlxalq səviyyədə qorunmasıdır” AÇIQLAMA
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı xarici və yerli investorları Azərbaycana sərmayə qoymağa çağırıb.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı Ruslan Atakişiyev bildirdi ki, burada əsas nüanslar, əsas məsələlər sırf ərəb, xüsusilə Körfəz investorları ilə bağlı idi, onların Azərbaycana dəvəti məsələsi idi:
"Bu gün Körfəz investorlarını Azərbaycana cəlb edən məsələlər sırf bərpa olunan enerji sahələri, gələcəkdə Körfəz ölkələrinə ixrac oluna biləcək kənd təsərrüfatı layihələridir və onlar bu sahələrə maraq göstərirlər. Bununla bağlı qeyd edək ki, Azərbaycan özü də investisiya cəlb edərkən xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgəsinə sərmayə yönəltməkdə maraqlıdır. Amma xarici investorlar üçün həmin bölgələrdə istehsal olunan məhsulların xarici bazarlara çıxış imkanları mütləq olmalıdır. Xarici investorlar daha çox 100-200 milyon dollardan yuxarı iri layihələrdə maraqlı olurlar. Əsasən onlar üçün sərmayə mühiti, burada əmlak əldə etmək, işçi götürmək və müqavilə öhdəliklərinin yerinə yetirilməsi önəmlidir. Məhz biz görürük ki, burada da ölkə başçısı tərəfindən qeyd olundu ki, müqavilələr dəqiq həyata keçiriləcək".
Onun sözlərinə görə, xarici investorlar daha çox həmin müqavilələrin beynəlxalq səviyyədə qorunan müqavilələr olmasında maraqlıdırlar:
"Yəni beynəlxalq arbitraj məhkəmələrinin mövcudluğu və öz hüquqlarını qorumaq imkanları onlar üçün vacibdir. Ona görə də bu istiqamətdə işlər görülməlidir. Qanunvericilik bazasının uyğunluğu məsələsi var. Biz xarici investorları cəlb edirik, lakin qanunvericiliyin stabilliyi və baza olaraq hansı beynəlxalq konvensiyalara uyğun olması mühüm əhəmiyyət daşıyır. Mühitlə bağlı əsas məsələlər bunlardır. Vəsaitlərin qoyulması, çıxarılması və hərəkəti kimi bir çox amillər var ki, sərmayəçiləri düşündürür və bunların hər birinə uyğun olaraq dəqiq cavablar tapılmalıdır".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 09 Yanvar 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















