Icma.az
close
up
RU
“Xarici müdaxilələr və hibrid təhdidlər” mövzusunda “Dəyirmi masa” keçirildi FOTOLAR

“Xarici müdaxilələr və hibrid təhdidlər” mövzusunda “Dəyirmi masa” keçirildi FOTOLAR

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

İştirakçılar maarifləndirici tədbirdən razı qaldıqlarını bildirdilər.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yeni Fikir” JHİB tərəfindən həyata keçirilən “Hibrid təhdidlərə qarşı yerli mediada iş”  layihəsi çərçivəsində Balakən rayonu, Qullar kəndində “Xarici müdaxilələr və hibrid təhdidlər” mövzusunda “Dəyirmi masa” keçirildi.

Tədbiri giriş sözü ilə layihənin koordinatoru və eyni zamanda təşkilatın rəhbəri olan Elmira Mehdiyeva açaraq iştirakçıları layihənin məqsəd və məramı  ilə tanış etmişdir. Qeyd etmişdir ki, Azərbaycan Respublikası davamlı inkişaf yolunda tarixi nailiyyətlər əldə edərək dünya birliyində böyük nüfuz qazanıb. Layihənin məqsədi Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaq üçün mediada və sosial şəbəkələrdə böhtan kompaniyası aparanların iç üzünü və çirkin məqsədlərini böyüyən nəslə və gənclərə tanıtmaqdır. Çünki, “vətən və onun tarixi, dili, adət-ənənələri olmadan mən bir heç  olardım”  fikrini dərk edən  fərd vətəndaşa çevrilir,  başa düşür ki, vətənə olan təhlükə şəxsən mənə də, yəni mənim firavanlığıma və hətta həyatıma olan təhlükədir.

Təlimçi İbrahim İbrahimov  çıxış edərək bildirmişdi ki, Hazırda  qarşılaşdığımız təhlükəli çağırışlar sırasında suveren dövlətlərin daxili işlərinə  xarici müdaxilələr və hibrid təhdidlər xüsusi yer tutur. Hibrid müharibəsi zamanı münaqişədə qalib gəlmək üçün hərbi xarakter daşımayan üsullardan  istifadə olunur.  Məsələn, düşmənçilik xarakteri daşıyan məlumatların toplanması və informasiya fəzasında istifadə edilməsi, kiber hücumlar, sosial şəbəkələrdə qarayaxma kampaniyası, feyk yeniliklərin dövriyyəyə daxil edilməsi və sair.  30 ilə yaxın bir müddətdən sonra erməni işğalına son qoyulması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması bəzi dövlətlər, onların birlikləri və beynəlxalq təşkilatlar tərəfindən birmənalı qarşılanmayıb. Ona görə də, Azərbaycan hibrid təhdidlərə ən çox məruz qalan ölkələrdəndir.  Düşmənin dəyirmanında “üyüdülmüş saxta və qərəzli informasiyaları” Azərbaycan cəmiyyətinin bir sıra  həssas təbəqələrinin “şüuruna” yerləşdirməyə çalışırlar. 

“Dəyirmi masa” iştirakçılarından Sahibət Omarova, Aişə Musayeva, Gülhanə Baydarova, Ləman Həmzəyeva, Samıq Yetimova, Azər Məmmədli və başqaları çıxış edərək öz fikirlərini bildirmiş və qeyd etmişlər ki, Azərbaycan bü gün Cənubi Qafazda söz sahibi olan bir dövlətdir. Onun siyasi lideri dünyanın ən güclü liderlərindəndir. 44 günlük müharibədən əvvəl də, müharibədən sonra da xarici dairələr öz işğalçı missiyalarını davam edirlər. Bizlərdən hər birimiz Azərbaycan vətəndaşı olaraq bu çirkin oyunların nəyə gətirib çıxara biləcəyini yaxşı bilirik. Ona görə də, dövlətimizi dəstəkləyirik, heç bir hibrid təhdid bizi tutduğumuz yoldan çəkindirə bilməz. Heç bir təhdid qələbəmizə xələl gətirə bilməz. Çünki, biz artıq həqiqətləri bilirik və yalanlara inanmırıq.

Müzakirələrdə iştirakçıların  süalları ekspert  tərəfindən cavablandırılmışdı.

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyun 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see143

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri