Xarici nümayəndələr Fəxri və Şəhidlər xiyabanları ilə Zəfər parkında Fotolar
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (Caspian Agro 2025) iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Pakistanın Dövlət naziri Bilal Azhar Kayani, Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze, Somalinin kənd təsərrüfatı və suvarma naziri Mohamed Abdi Hayirin rəhbərlik etdiyi yüksəksəviyyəli rəsmilərdən ibarət nümayəndə heyətləri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
“Qafqazinfo” xəbər verir ki, daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Nümayəndə heyətləri, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər düzüblər.
Səfər çərçivəsində nümayəndə heyətləri Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə gül dəstələri düzüblər.
Qonaqlara Zəfər parkı barədə ətraflı məlumat verilib.
Ziyarətlər zamanı nümayəndə heyətlərini Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi və digər rəsmi şəxslər müşayiət ediblər.










Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 15 May 2025 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















