Icma.az
close
up
RU
Xarici ölkə vətəndaşları da ƏDV ni geri alacaq nələr dəyişdi?

Xarici ölkə vətəndaşları da ƏDV ni geri alacaq nələr dəyişdi?

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vergi ödəyicilərinin əlavə dəyər vergisinin (ƏDV) bir hissəninin geri qaytarılması prosesində daha rahat və şəffaf bir sistemə keçidini təmin etmək məqsədilə 2025-ci ildən Vergi Məcəlləsində bu mexanizmlə bağlı dəyişikliklər edilib.

Bakıvaxtı.az milli.az-a istinadən xəbər verir ki, bu barədə Business Service Centre şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə aparıcı mütəxəssisi Səbinə Mirzəyeva şərh edib:

"Vergi Məcəlləsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən ƏDV-nin bir hissəsinin geri qaytarılması (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) qaydası nağdsız qaydada ödənilmiş ƏDV məbləğinin 17,5 faizini, nağd şəklində ödənildiyi halda isə 5%-ni təşkil edir (teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə qaytarılan ƏDV məbləği istisna olmaqla).

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə edilən dəyişikliklərə əsasən, 2025-ci ilin 1 iyul tarixindən etibarən teatr tamaşaları, muzey və sərgi biletləri, simfonik orkestr, film nümayişi sahəsində alınmış xidmətlərə görə yalnız nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizinin geri qaytarılması mümkün olacaq. Bu zaman nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin tələblərinə cavab verməlidir. Yeniliyin əsas məqsədi ölkədə mədəniyyət və incəsənət tədbirlərinə olan marağı artırmaq, əhalini bu tədbirlərdə iştirak etməyə həvəsləndirmək və dövlət tərəfindən mədəniyyət sahəsinin inkişafına dəstək verməkdir.

Misal: Vətəndaş 2025-ci ilin sentyabr ayında simfonik orkestrin konserti üçün 59 manata nağdsız qaydada bilet alır. Bu məbləğin 50 manatı biletin dəyəri, 9 manatı isə ƏDV məbləğidir. Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, vətəndaş həmin ƏDV məbləğinin 50%-ni, yəni 4.5 manatını geri ala biləcək.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisində alınmış mallara görə (istehsal və kommersiya məqsədləri istisna olmaqla) ödənilmiş ƏDV məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara əsasən geri qaytarılır. Həmçinin, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilmiş xidmətlərə görə yalnız nağdsız qaydada ödənilmiş ƏDV məbləği geri qaytarılır. Çünki nağd ödənişlər üçün ƏDV-nin geri qaytarılma proseduru tətbiq edilmir. Bu dəyişiklik həmin şəxslərin 90 gün müddətində ölkə ərazisini tərk etdikləri halda tətbiq olunur. Xarici ölkə vətəndaşı tibbi xidmət göstərilən yerə yaxın olan xüsusi məntəqədə və ya onlayn vergiqaytarma portalı vasitəsilə ƏDV-nin geri qaytarılmasını həyata keçirə bilər. Vergi Məcəlləsində ƏDV-nin geri qaytarılması ilə bağlı edilən dəyişikliklər həm yerli, həm də əcnəbi vergi ödəyicilərinin ƏDV-ni geri almaq prosesini daha sadə və şəffaf etmək məqsədi daşıyır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Mart 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri