Xarici ölkədə silahlı birləşməyə qoşulan şəxsə hökm oxundu
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşməyə qoşulmaqda, həmin birləşmənin təlimlərində iştirak etməkdə təqsirləndirilən Elxan İbrahimovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Axar.az APA-ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Elxan İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxs xarici ölkənin ərazisində qanunsuz silahlı birləşməyə qoşulub, birləşməyə aid təlim düşərgələrində müxtəlif hərbi təlimlərdə iştirak edib və həmin birləşmənin silahlı mühafizəsində iştirak edib.
Elxan İbrahimov AR Cinayət Məcəlləsinin 12.1, 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, habelə onların fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirli bilinib.
Baxış sayı:39
Bu xəbər 25 Oktyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















