Icma.az
close
up
RU
Xarici şirkət biznesinə qarşı haqsızlıq olduğunu iddia edir

Xarici şirkət biznesinə qarşı haqsızlıq olduğunu iddia edir

Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir müddət əvvəl Səbail rayonu Nizami küçəsində yerləşən 21 mərtəbəli Landmark Biznes Mərkəzi hərraca çıxarılması barədə məlumat yayılıb.

Landmark Biznes Mərkəzindən Manset.az-a bildirilib ki, binanın hərraca çıxarılmasında haqqsızlıq olub.

Mərkəzdən qeyd edilib ki, kredit müqaviləsinin 1 yanvar 2029-ci il tarixinə kimi müddəti olub, amma müqaviləyə qanunsuz olaraq 2023-cü il xitam verilib. 

 Şikayətçi "Libra" MMC-dən bildirilib ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-577/2024 saylı 16.10.2024-cü il tarixli yekun Qərarı ilə iddiaçı “Aqrarkredit” QSC BOKT-un iddia tələbi təmin olunmuş və kredit borcunun “Libra” MMC-ninmülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi qət olunub. 

"Libra" MMC sözgedən məhkəmə çəkişməsi zamanı “Aqrarkredit” QSC BOKT tərəfindən məhkəməyə əsassız sübutlar təqdim olunduğunu və bunun nəticəsində hüquqlarının kobud şəkildə pozulduğunu bildirir. Belə ki, tərəflər arasında bağlanmış 15.08.2013-cü il tarixli 7524 saylı kredit müqaviləsində müqaviləyə birtərəfli qaydada xitam verilməsi anlayışı öz əksini tapmayıb:

"Lakin, buna baxmayaraq, “Aqrarkredit” QSC BOKT müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verib".

Bundan başqa, şikayətçi bildirib ki, ipoteka predmeti olan “Libra” MMC-nin mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli qeyri-yaşayış binası hazırda 2013-cü ildə qoyulmuş likvid dəyər əsasında hərraca çıxarılır və əmlakın hazırkı real likvid dəyəri nəzərə alınmır. 

Əlavə olaraq şikayətçi qeyd edib ki, “Aqrarkredit” QSC BOKT 2019-cu ildə "Libra" MMC-yə məxsus təsis payının 50 %-ni bağışlanma yolu ilə əldə etməsinə baxmayaraq, yenidən Cəmiyyətə məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli qeyri-yaşayış binasının hərracda satılmasına nail olmağa çalışır. 
Həmçinin, şikayətçi bildirib ki, “Aqrarkredit” QSC BOKT "Libra" MMC tərəfindən öədnilmiş kredit məbləğlərinin dəqiq məbləğini gizlətməyə çalışır və hazırda hərrac prosesləri qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilir:

"Hərracın hansı təşkilata həvalə olunması, həmin təşkilatın qanunvericiliyin tələbləri baxımından hərrac keçirmək səlahiyyətinin olub-olmaması, hərrac proseslərini keçirən təşkilatın tarixçəsinin təmiz olub-olmaması barədə şikayətçiyə heç bir məlumat verilmir".

MMC iddia edir ki, məhkəmə qərarlarını həyata keçirən icra şöbəsi hərrac proseslərinin keçirilməsi ilə bağlı şikayətlərə baxmaqda maraqlı deyil.

Qarşı tərəfin də mövqeyinin dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 21 Dekabr 2024 22:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri