Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Xarici təsirlərə nəzarət gücləndirilir

Xarici təsirlərə nəzarət gücləndirilir

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstanda “Qrantlar haqqında” qanuna düzəliş edilməsi yenidən gündəmə gəlib

Son illərdə Gürcüstan parlamentində qəbul olunan bir sıra qanunlar cəmiyyətdə geniş müzakirələrə yol açıb.  “Qrantlar haqqında” qanun da bu sırada yer alır. Artıq qonşu ölkədə 1 ay bundan əvvəl parlamentdə qəbul olunan sözügedən qanuna yenidən düzəliş edilməsi məsələsi gündəmə gəlib.

Bununla bağlı parlament çoxluğunu təşkil edən “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası təkliflər verib. Hakim partiyanın deputatları qanuna növbəti dəyişiklik layihəsini parlamentə təqdim ediblər.

Qrantlarla bağlı qaydalarda yeniliklər

Təxminən bir ay bundan əvvəl Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyib. Belə ki, 78 deputat qanun layihəsinin lehinə, 9 millət vəkili isə əleyhinə səs verib.

Qəbul edilmiş yeni dəyişikliklərə əsasən, qanunun müvafiq maddəsində göstərilən subyekt tərəfindən nağd və ya natura şəklində köçürülən vəsaitlər qrant hesab olunur. Fəaliyyəti əsasən Gürcüstanla bağlı məsələləri özündə ehtiva edən başqa bir dövlətdən olan hüquqi şəxs də qrant alan hesab olunur.

Bundan başqa, xaricdə qeydiyyatdan keçmiş hüquqi şəxslər qrant almamışdan əvvəl Gürcüstan hökumətindən müvafiq təsdiq və ya razılıq əldə etməlidirlər.

Gürcüstanda qeydiyyatdan keçmiş filialı, nümayəndəliyi və ya bölməsi olan başqa bir dövlətdən olan hüquqi şəxs razılıq olmadan qrant aldıqda, bu, məsuliyyətə səbəb olacaq. Gürcüstanda fondlar, müxtəlif təşkilatlar, onların müvafiq xarici “ana şirkətləri”nin nümayəndəlikləri və filialları vəsait aldıqları təqdirdə, müvafiq təsdiq üçün Gürcüstan hökumətinə müraciət etməli olacaqlar.

Qanun qüvvəyə minməzdən əvvəl qrant alanların qanun qüvvəyə mindikdən sonra Gürcüstan hökumətinə müraciət etmək üçün bir ay vaxtı olacaq. Öz növbəsində, Gürcüstan hökumətinin də təsdiq və ya rədd cavabı vermək üçün bir ay vaxtı olacaq.

Qəbul edilmiş düzəlişlərə əsasən, bu şəxslər bir ay ərzində vəsaiti, məsələn, kommunal xidmətlər və digər öhdəliklər üçün xərcləyə biləcəklər. Hökumət razılıq verməsə, bu şəxslər aldıqları qrantdan istifadəni dayandırmalı olacaqlar. Əks təqdirdə, onlar cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Təklif olunan yeni düzəlişlərin mahiyyəti nədən ibarətdir?

Göründüyü kimi, Gürcüstan parlamentində bir ay bundan əvvəl dəstəklənən dəyişikliklərlə “Qrantlar haqqında” qanun əhəmiyyətli dərəcədə sərtləşdirlib. Belə ki, dəyişikliklərə əsasən “qrant” anlayışı daha konkret məzmunda təqdim olunur. Gürcüstan hakimiyyəti anlayır ki, gec də olsa xarici təsirlər məhdudlaşdırılmasa, milli dövlətçilik tamamilə itirilə bilər. Yaranmış zərurətdən çıxış edən hakim komanda dövlət quruculuğunda buraxılmış səhvləri nəzərə almaqla ölkənin real müstəqilliyinə və tam suverenliyinə nail olmaq istəyir və bu istiqamətdə qətiyyətli addımlar atır. “Gürcü Arzusu”nun təşəbbüsü ilə parlamentdə dəstəklənən qanun layihəsi də bu məqsədə xidmət edir. Parlamentin yaydığı məlumata görə, dəyişikliklər “qrant” anlayışını genişləndirir və dəqiqləşdirir. Yeni tərifə əsasən, qrant - Gürcüstan hökumətinə, dövlət qurumlarına və ya cəmiyyətin hər hansı bir hissəsinə təsir göstərmək niyyəti və ya inancı ilə həyata keçirilən və ya həyata keçiriləcək fəaliyyətlər üçün istifadə olunan vəsait hesab ediləcək. Bu, həmçinin Gürcüstanın daxili və xarici siyasətinin formalaşdırılması, həyata keçirilməsi və ya dəyişdirilməsinə yönəlmiş, eləcə də xarici dövlətlərin və ya xarici siyasi partiyaların siyasi və ictimai maraqları ilə bağlı fəaliyyətləri əhatə edir.

Bəs müvafiq qanuna təklif olunan yeni düzəlişlər özündə nəyi ehtiva edir? Parlament müzakirələrinə təqdim olunan yeni layihəyə əsasən, Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndəliklər, konsulluq qurumları və beynəlxalq təşkilatlar tərəfindən ayrılan bəzi vəsaitlər qrant kimi qiymətləndirilməyəcək. Söhbət xarici dövlətlərin və ya siyasi partiyaların siyasi, ictimai maraqlarından irəli gələn, diplomatik nümayəndəliklərin öz fəaliyyəti ilə birbaşa əlaqəli olan maliyyə vəsaitlərindən gedir.

Dəyişiklikdə qeyd olunur ki, bu cür vəsaitlərin qrant hesab olunmaması qanunun daha aydın və vahid şəkildə tətbiqinə xidmət edəcək. Layihənin izahlı qeydinə görə, mövcud qanunvericilik bu münasibətləri tam əhatə etməsə də, yeni dəyişikliklər hüquqi boşluqları aradan qaldırmağa yönəlib.

Hakim komandanın əsas hədəfi - milli maraqların qorunması

Qonşu və dost ölkədə hakim komandanın “Qrantlar haqqında” qanuna belə həssas yanaşması ölkədə yaranan vəziyyətdən, daha konkret desək, son vaxtlarda milli maraqlara artan təhdidlərdən qaynaqlanır. Reallıq ondan ibarətdir ki, Gürcüstan xaricdən maliyyələşən bir sıra icmaların, o cümlədən siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının milli maraqlarla ziddiyyət yaradan fəaliyyətlərinin kədərli nəticələri ilə üzləşir. Etiraf olunur ki, xaricdəki bəzi dairələr çirkin maliyyələr ötürməklə əslində Gürcüstan cəmiyyətinin bütün təbəqələrinə dərindən nüfuz edib. Vəziyyət o dərəcədə ciddi hal alıb ki, son parlament, prezident və bələdiyyə seçkiləri  ərəfəsində ölkədə davamlı hal alan qarşıdurmalar yaşandı. Küçələrdən, parlamentdən başlayan ziddiyyətlər hakimiyyətin qolları arasında parçalanmaların baş verməsinədək genişləndi.

Donor təşkilatlarının siyahısında isə yenə də dünyanın ayrı-ayrı ölkələrində rəngli inqilablar və milli hökumətlərə qarşı digər pozuculuq əməlləri törətmiş təşkilatlar  -  Avropa İttifaqı, Soros Fondu kimi müxtəlif qurumlar yer alırlar. İndiyədək 100-dən çox ölkədə şəbəkə qurmağa nail olan,  D.Trampın bir qədər bundan əvvəl ifşa etdiyi və artıq ləğv olunan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) də burada “aktivliyini” xüsusi qeyd edə bilərik. Verilən məlumatına görə, Gürcüstanın qeyri-hökumət təşkilatları 2024-cü ildə ölkədə parlament seçkiləri ərəfəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyindən 41 milyon dollardan çox vəsait alıblar ki, bu da əslində qonşu ölkənin kədərli reallığını aydın şəkildə göz önündə canlandırır.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Aprel 2026 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri