Icma.az
close
up
RU
Xarici ticarətdə müsbət saldo sürətlə

Xarici ticarətdə müsbət saldo sürətlə

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarətində ciddi artım müşahidə olunub. Modern.az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən xəbər verir ki , xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 24 faizdən çox artaraq 16 milyard 917,6 milyon ABŞ dolları təşkil edib. bu artım əsasən idxalın çoxalması hesabına baş verib.

Müqayisə üçün bildirək ki, 2024-cü ilin ilk dörd ayında bu göstərici 13 milyard 633,3 milyon dollar idi.

İdxal ciddi şəkildə artır

Statistikaya əsasən, ixrac 2025-ci ilin yanvar-aprel aylarında 8 milyard 784,7 milyon dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 616,1 milyon dollar və ya 7,5 faiz çoxdur.

Lakin idxalda artım daha kəskindir. Belə ki, 2024-cü ilin ilk dörd ayında 5 milyard 464,7 milyon dollar olan idxal həcmi 2025-ci ildə 8 milyard 132,9 milyon dollara yüksəlib. Artım 48,8 faiz təşkil edir. Bu isə xarici ticarət balansında ciddi fərq yaradıb.

Xarici ticarətdə müsbət saldo 75 faizdən çox azalıb

2024-cü ilin yanvar-aprel aylarında xarici ticarət saldosu 2 milyard 703,8 milyon dollar səviyyəsində olsa da, 2025-ci ilin eyni dövründə bu göstərici cəmi 651,7 milyon dollar olub. Bu isə müsbət saldonun 2 milyard dollardan çox azalması və 75,9 faiz geriləməsi deməkdir.

Qeyd edək ki, ixracın xarici ticarət dövriyyəsindəki xüsusi çəkisi ötən il 59,92 faiz idisə, 2025-ci ildə bu göstərici 51,93 faiz təşkil edib. Əksinə, idxalın xüsusi çəkisi 40,08 faizdən 48,07 faizə yüksəlib.

Mütəxəssislər hesab edir ki, idxalın bu qədər sürətlə artması yerli istehsalın hələ də bir çox sahələrdə xarici məhsullarla rəqabət apara bilmədiyini göstərir. Uzunmüddətli perspektivdə bu tendensiya xarici ticarət balansında disbalans yarada bilər. ekspertlər ixracın şaxələndirilməsinin, qeyri-neft sektorunun gücləndirilməsinin və yerli istehsalın stimullaşdırılmasının vacibliyini vurğulayırlar.

 Yerli məhsul istehsalının bəzi sahələrdə zəif olması xarici mallara olan tələbatı artırır. Xüsusilə yüksək texnologiyalı avadanlıq, dərman, maşın və elektronika kimi sahələrdə yerli istehsal kifayət qədər inkişaf etmədiyindən idxala ehtiyac yaranır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 May 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri