Icma.az
close
up
RU
Xaşimoto zobu (autoimmun tireoidit)

Xaşimoto zobu (autoimmun tireoidit)

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Autoimmun tireoidit və ya Xaşimoto xəstəliyi kifayət qədər yayılmış qalxanvari vəzi xəstəliyidir.

İlk dəfə bu xəstəliyi yapon həkimi Xaşimoto aşkar edib.

Xaşimoto xəstəliyi qalxanvari vəzinin və həmçinin immun sisteminin xroniki xəstəliyidir. Xəstəlik qadınlarda daha tez-tez inkişaf edir.

Xaşimoto xəstəliyi zamanı xəstənin immun sistemi öz sağlam qalxanvari vəzi hüceyrələrini (bu hüceyrələr "tireositlər" adlandırılır) "yad" hüceyrələr kimi qəbul edərək onları məhv etməyə başlayır.

İlkin mərhələlərdə xəstəlik simptomsuz keçir. Daha sonra immun sisteminin hücumuna cavab olaraq qalxanvari vəzi öz funksiyasını artırır. Bu isə hipertireozun (qalxanvari vəzinin fəaliyyətinin artması) simptomlarının inkişafına səbəb olur - taxikardiya (nəbzin sürətlənməsi), kəskin arıqlama, güclü tərləmə, əllərin əsməsi, əsəbilik, əhvalın tez-tez dəyişilməsi, yuxusuzluq və s.

Xəstəlik inkişaf etdikcə qalxanvari vəzinin hüceyrələri tədricən məvh olur və nəticədə    xəstədə hipotireozun (qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi) simptomları meydana çıxır - çəkinin "səbəbsiz" artması, dərinin quru olması, saçların tökülməsi, daim yorğunluq, yuxululuq, nəbzin zəifləməsi, yaddaşın pozulması və s. Xəstəlik uzun illər ərzində inkişaf edir. Adətən xəstədə qalxanvari vəzi böyüyür, "zob" əmələ gəlir.

Xəstəliyin ilk simptomlarında endokrinoloqa müraciət etmək lazımdır. Diaqnozun dəqiqləşdirilməsi üçün həkim xəstəyə qalxanvari vəzi hormonlarının analizini təyin edir. Bundan əlavə xəstənin qanında xüsusi anticismlərin aşkar olunması üçün analiz keçirilir və USM aparılır.

Xaşimoto xəstəliyi olan insan daim endokrinoloqun nəzarətində olmalıdır. Xəstəyə hormonal müalicə təyin olunur (çatışmayan qalxanvari vəzi hormonları). Bu dərmanları xəstə həyatın sonuna kimi qəbul etməlidir.

Həkimlərin fikirinə görə, yod preparatlarının, müxtəlif bioloji-aktiv əlavələrinin (dəniz yosunları və s.) səbəbsiz olaraq qəbulu Xaşimoto xəstəliyinin əsas risk faktorudur. Yodun orqanizmə lazım olandan az miqdarlarda daxil olunması qalxanvari vəzinin funksiyasına mənfi təsir edir. Lakin yodun həddən artıq miqdarlarda daxil olması da çox ziyanlıdır və vəzin funksiyasını pozur.

Tərkibində yod olan preparatları və qida əlavələri ilə xüsusilə diqqətli olmaq lazımdır. Bu kimi preparatları yalnız həkim və yalnız müayinədən sonra təyin edə bilər. Bu preparatların özbaşına qəbulu insan orqanizminə ciddi ziyan vura bilər.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see388

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see384

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see359

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see247

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see242

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see227

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see222

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see207

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see202

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see201

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see199

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see191

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see185

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see183

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see178

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see175

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see174

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see167

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri