Xatirə fotosu çəkdirən qadın reanimasiyaya düşdü FOTO
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Çinli turist Şri-Lankada yaddaqalan şəkil çəkdirmək istəyərkən reanimasiyalıq olub.
Bakupost.az xəbər verir ki, bu barədə South China Morning Post bildirib.
Qeyd olunur ki, Şri-Lankada fotoşəkil çəkdirmək üçün hərəkət edən qatardan çölə çıxan və başı tunelin divarına dəyən qadın ağır xəsarət alıb. Hadisə Nanu Oyadan Badullaya gedən marşrutda baş verib.
"Çinli qadın başından və ayağından ciddi xəsarət alıb və təcili olaraq Haputale Regional Xəstəxanasına çatdırılıb, daha sonra müalicə üçün digər səhiyyə müəssisələrinə köçürülüb", - xəbərdə deyilir.
Çinin Şri-Lankadakı səfirliyi öz saytında xəbərdarlıq yerləşdirərək turistləri qatarlardan kənara əyilməməyə və qapılardan uzaq durmağa çağırıb. Diplomatlar həmçinin insanlara dəmiryol relsləri yaxınlığında ehtiyatlı olmağın vacibliyini xatırladıblar.
Kriş adlı yerli bələdçi qeyd edib ki, bu cür hərəkətlər nəticəsində çoxlu turist xəsarət alır. O, səyahət edənə turistlər üçün nəzərdə tutulmuş və mənzərələrdən təhlükəsiz həzz almağa imkan verən yavaş qatarla Kalipsoda şəkil çəkdirməyi tövsiyə edib.


Zaur,BakuPost
Baxış sayı:102
Bu xəbər 18 Mart 2025 20:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















