Icma.az
close
up
RU
Xatirələrdə yaşayan ali təhsil xadimi

Xatirələrdə yaşayan ali təhsil xadimi

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Unudulmaz pedaqoq alim Natiq Yusifov ömrü boyu çalışdığı Azərbaycan Dillər Universitetində həm məsul vəzifələr sahibi, həm də bu ali təhsil ocağının mənəvi sütunlarından biri olub. Alim, ziyalı keyfiyyətləri ilə çoxsaylı professor-müəllim və tələbə heyətinin yaddaşında silinməz izlər qoyub.

Artıq 12 ildir ki, Natiq müəllim işıqlı dünyaya əlvida deyib. Amma bütün yaxınlarının – müəllim dostlarının, tələbələrinin, onu tanıyan hər kəsin yaddaşı daim mərhumun xatirə işığı ilə şölələnir. Ömür vəfa etsəydi, bu yay 78 yaşı olacaqdı. Təəssüf ki, amansız xəstəlik həyat və yaradıcılığının ən məhsuldar dövründə onu aramızdan aparıb.

Natiq Yusifov 1948-ci il iyunun 8-də Qəbələnin Həmzəli kəndində doğulub. Kənd məktəbindən başlanan elm həvəsi onu ozamankı M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna gətirib çıxarıb. Oranı fərqlənmə diplomu ilə bitirən gənc mütəxəssisin istedadı nəzərə alınaraq, Elmi Şuranın qərarı ilə o, institutda müəllim kimi saxlanılıb. Hərbi xidmət illərini çıxmaq şərtilə, onun sonrakı bütün həyatı, taleyi və uğurları məhz bu ali təhsil ocağı ilə bağlı olub. 45-dən çox elmi məqalənin, dərsliyin, fənn proqramlarının, monoqrafiyanın müəllifidir mərhum professor Natiq Yusifov.

Onun rəhbərliyi ilə yazılan dissertasiyalar, metodik vəsaitlər bu gün də universitetin kitabxanasında etibarlı elmi mənbə kimi istifadədədir. Tələbələri xatırlayırlar ki, kafedra müdiri, fakültə dekanı Natiq müəllim ingilis dilinin incəliklərini özünəməxsus fərqli metodika ilə izah edirdi, mühazirələrində vaxtın necə keçdiyi hiss olunmurdu. Rektorlar Zemfira Verdiyeva, Qorxmaz Quliyev, Səməd Seyidov hər zaman onun elmi-idarəçilik bacarığını lazımınca dəyərləndiriblər.

Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Dövlət Dillər İnstitutu fəaliyyəti genişləndirilməklə Azərbaycan Dillər Universitetinə çevrildi. Professor Səməd Seyidovun rektor təyin olunması ilə bu ali təhsil ocağında ciddi islahatlar, beynəlxalq təhsil sisteminə inteqrasiya dövrü başlandı. Rektor universitetin idarəçiliyində ən məsuliyyətli postlardan birini – tədris işləri üzrə prorektor vəzifəsini məhz Natiq Yusifova etibar etdi.

Hazırda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri olan professor Səməd Seyidovun dedikləri:

– Natiq müəllim peşəkar pedaqoq olmaqla bərabər, mərd xarakterli gözəl insan, fədakar dost idi. Birlikdə çalışdığımız 2000–2014-cü illərdə o, özünü əsl təhsil fədaisi kimi göstərə bilmişdi. Universitetdə saf ab-havanın yaradılıb qorunmasında az rolu olmamışdı. Tədrisin təşkilində nə qədər tələbkar, prinsipial və ciddi idisə, tələbələrlə ünsiyyətdə bir o qədər mülayim, qayğıkeş və ədalətli rəhbər idi.

Professor Natiq Yusifov təhsilin keyfiyyətini Avropa standartlarına uyğunlaşdırmaq, müəllim nüfuzunu yüksəltmək, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun irəliləyişə nail olmaq üçün innovativ metodları tətbiq etməkdə rektorluğa hər cür dəstək göstərirdi.

Söhbət etdiyimiz hər kəs 1-ci prorektor statuslu professor Natiq Yusifovu alim, pedaqoq və şəxsiyyət kimi yüksək dəyərləndirdi. Müsahiblərimizin dediyinə görə, imtahan sessiyalarında Natiq müəllim obyektivliyin qorunması üçün şəxsən bir-bir auditoriyaları gəzərdi. Onun qapısı hər zaman tələbələrin üzünə açıq olardı. İngilis dilinin leksikologiyası kafedrasının professoru kimi həm də elmi araşdırmalar aparır, gənc dilşünas kadrların yetişməsində böyük rol oynayırdı. Tələbə Gənclər Təşkilatının tədbirlərində gənclərin ilk dəstəkçisi elə tədris üzrə prorektorun özü idi.

2010-cu ildə Meksika Birləşmiş Ştatlarının ölkəmizə səfərə gəlmiş nümayəndə heyəti ilə universtitetdə keçirilən görüş zamanı onun beynəlxalq əlaqələr, tədris prosesinin vəziyyəti, maddi-texniki baza, dilçilik sahəsinin uğur və hədəfləri barədə çıxışı hər kəsə çox xoş təsir bağışlamışdı.

Uzun müddət onunla bir yerdə işləmiş filologiya elmləri doktoru Məsməxanım Qazıyeva onun xatirəsinə ehtiramını böyük məmnuniyyətlə ifadə etdi:

– Natiq müəllimin erudisiyasına, alim fəhminə hamımız heyran idik. Başdan-ayağa sadəlik mücəssəməsi olan bu insanla ünsiyyət hər kəsin ürəyincə olardı. Universitetimizdə kafedralar yenidən formalaşdırılanda biz struktur dil, mədəniyyət və kommunikasiya əlaqələrinin tədqiqi ilə məşğul olduğumuz üçün təklif etdim ki, kafedramızı “Linqvokulturologiya” adlandıraq. Prorektor dərhal razılaşdı.

Onunla Rusiyada, İtaliyada və başqa yerlərdə elmi ezamiyyətlərə də getmiş, həmin səfərlərdə necə sadə, səmimi insan olduğunu bir daha görmüşəm. Hamımıza bir ata, qardaş qayğısı göstərirdi. Bizim onunla həm də ailəvi yaxınlığımız vardı. Tanınmış həkim-nevroloq olan qızı Könül Əhmədova atasının bütün müsbət keyfiyyətlərini əxz edib. Digər qızı – Aygün Yusifova ilə isə uzun müddət birlikdə çalışmışıq. O, atasının yolunu seçib, hazırda Aviasiya Akademiyasında ingilis dili üzrə kafedra müdiri, dosentdir.

2014-cü ilin fevralında professor Natiq Yusifovun vəfatı xəbəri təkcə ailəsini yox, bütün Azərbaycan təhsil ictimaiyyətini sarsıtdı. Almaniyada ağır müalicələrdən keçməsinə baxmayaraq, o, son günlərinə qədər universitet düşüncəsi ilə yaşadı, xəyalən işində və müəllim dostlarının, tələbələrinin yanında oldu.

Həmkarları el-obaya bağlı olan Natiq müəllimi ehtiramla yad edirlər. Çünki rütbələr, vəzifələr keçicidir, yurd sevgisi əbədidir. Universitetdə həmkəndlisi, dilçi-alim, dosent Fazil Əhmədovla hər görüşəndə dogma Həmzəlini xatırlayar, qədim diyarın axar-baxarlı təbiətindən, “ağırtaxta” kişilərindən söz açardıları. Sanki, o yerlərin təbii gözəllikləri alimlərin mənəvi aləminə də sirayət etmişdi…

Natiq müəllim həm də nümunəvi bir ailə başçısı idi. Şəxsi həyatını xüsusi bir təvazökarlıqla mətbuatdan və kameralardan uzaq tutan professor övladlarına da özü kimi dürüst, elmli və cəmiyyətə faydalı fərdlər olmağı aşılayıb. Böyüklüyü onda olub ki, övlad sevgisi təkcə öz ailəsi ilə məhdudlaşmayıb. Dillər Universitetinin dəhlizlərində qarşılaşdığı, problemini dinlədiyi hər bir gənc onun üçün mənəvi bir övlad idi. Bəlkə də elə buna görədir ki, vəfatından illər keçsə də, yüzlərlə yetirməsi onu hələ də öz doğma valideyni kimi ehtiramla anır.

Bəli, o da mənəvi sələfi – görkəmli Azərbaycan maarifçisi, yazıçı, diplomat və hərbçi İsmayıl bəy Qutqaşınlı kimi doğma yurduna, Azərbaycan ziyalılığına şöhrət gətirənlərdən olub. Əgər İsmayıl bəy Azərbaycan ədəbiyyatında ilk realist povest sayılan “Rəşid bəy və Səadət xanım”ın, “Səfərnamə” əsərinin müəllifidirsə, Natiq müəllimin də “ömür səfərnaməsi” – elmi kitabları dəyərli vəsait kimi tədris olunur.

Ə.DOSTƏLİ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see460

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see343

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see261

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see252

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see242

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see223

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see209

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see192

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see184

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see170

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see165

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see164

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri