Icma.az
close
up
RU
C vitamini ilə bağlı mif dağıldı Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..

C vitamini ilə bağlı mif dağıldı Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə.az xəbər verir ki, bu barədə “The Conversation” portalı məlumat yayıb.

C vitamininin populyarlığı böyük ölçüdə Nobel mükafatı laureatı Linus Polinqin adı ilə bağlıdır. O, 1970-ci illərdə gündə 1000-2000 milliqram C vitamini qəbul etməyi tövsiyə edirdi. Lakin Adelaida Universitetinin dietoloqu Evangelin Mantziorisin qeyd etdiyi kimi, onun tövsiyələri zəif dəlillərə əsaslanırdı: cəmi bir neçə keyfiyyətsiz araşdırma və xizək kurortundakı düşərgədə uşaqlar üzərində aparılan müşahidə.

Müasir icmallar daha təvazökar nəticələr göstərir. 2023-cü ildə aparılan və 2736 sağlam insanın iştirak etdiyi plasebo-nəzarətli 10 sınağın nəticələrini birləşdirən meta-analiz göstərib ki, C vitamininin müntəzəm qəbulu soyuqdəymədən qorunmağa kömək etmir. Lakin vitamini əvvəlcədən qəbul edən, xəstəlik zamanı qəbul etməyə başlamayan insanlarda ağır simptomların müddətini təxminən 15 faiz azaldır.

C vitamininin nəzərəçarpacaq faydası yalnız ayrı-ayrı qruplarda - yüksək fiziki yükə məruz qalan idmançılar və hərbçilərdə aşkar edilib, ümumi əhali arasında isə belə nəticə qeydə alınmayıb. Bununla yanaşı, insanların əksəriyyəti onsuz da C vitamini çatışmazlığından əziyyət çəkmir. Məsələn, Avstraliyada bu çatışmazlıq əhalinin 4 faizindən az hissəsində müşahidə olunur.

Üstəlik, vitaminin həddindən artıq qəbulu təhlükəsiz deyil: gündə 1000 milliqramdan artıq dozalar həzm pozğunluqları və böyrək daşlarının yaranması riskini artırır, həmçinin dəmirin mənimsənilməsinə mane olur. Buna görə ekspert C vitaminini ilk növbədə tərəvəz və meyvələrdən almağı, əlavələrdən isə düşünülmüş şəkildə və məqbul dozalarda istifadə etməyi tövsiyə edir. O, həmçinin xatırladır ki, vitaminin faydası yalnız əvvəlcədən və müntəzəm qəbul edildikdə özünü göstərir, soyuqdəymə artıq başladıqdan sonra qəbul edilməsinin isə eyni təsiri yoxdur. Hazırda təhlükəsiz yuxarı həddin sutkada təxminən 1000-2000 milliqram olduğu hesab edilir və həkim təyinatı olmadan bu həddi aşmaq tövsiyə edilmir.(publika)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 Avqust 2026 01:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri