Icma.az
close
up
RU
Xatirələrdə yaşamaq haqqı

Xatirələrdə yaşamaq haqqı

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zəngilanda yaşadıqlarım da ömürdü, Zəngilandan uzaqlarda Zəngilansız olmayan illərim də. Hər dəfə bu illəri düşüncələrinin işığında ömürləşdirənlərlə söhbətləşəndə bir gerçəkliyi mən də sabah­la­rı­mın mənəvi yolgöstərəni bilmişəm: Dürüst yaşa, mərhəmətli ol, insanları, insanlığı sev, unutma ki, el-obaya sev­gin Vətənə sevgindi. Sən həm də bu sevgi ilə tanınacaqsan, seviləcəksən. Yeniyetməliyimdə də, gənc­liyimdə də belə yaşayanlarla söhbətləşməyi zamandan ömrümə qazanc bilmişəm.

Həmsöhbətlərim ünlü zəngilanlılardan söz düşəndə Ziyad və Atlıxan qardaşlarından da da­nı­şar­dılar. Həm də böyük ehtiramlarla deyərdilər ki, ekiz idilər. Təkcə bioloji baxımdan deyil, həm də xa­siy­yət baxımından, təfəkkür baxımından, düşüncə baxımından, Zəngilana sevgi baxı­mın­dan, bir də dün­yaduyumu baxımından...

Ziyad İsgəndər oğlu 1911-ci ildə Zəngilan rayonunun Məlikli kəndində anadan olub. Zəngilan kənd məktəbində təhsil alıb. Kənd təsərrüfa­tı­na sevgisi olub. Bu sevgi hardan yaranmışdı? – torpağa sevgidən, ağsaqqalların torpaqla ömür həm­dəm­liyi səviyyəsində ünsiyyətini görürdü, düşünürdü, duyduqları marağa çevrilirdi. Özümü qət et­miş­di, məsləhətmi görmüşdülər, 1927-ci ildə Zaqatalada kənd təsərrüfatı texnikumuna daxil oldu. 1931-ci ildə texnikumu bitirdikdən sonra Zəngilan rayon torpaq şöbəsində aqronom işləyib. Mü­əl­limlərinin bir məsləhəti onun da maraq dünyasının işığına dönübmüş: ka­mil mütəxəssis olmaq üçün ali təhsil mütləqdir. Bu məsləhət onun ömür yolunu istiqamətləndirib; Azərbaycan Kənd Təsərrüfatı İnstitunu bitirdikdən sonra 1935-ci ildə Azər­bay­can SSR Torpaq Komissarlığının məsləhəti ilə Maştağa rayon torpaq şöbəsinin müdiri təyin olunub.

Yaradıcılıq insanda fitrətən olur. SÖZlə ünsiyyət, SÖZə sayğı, düşüncələri SÖZlə ifadə etmə ba­ca­rığı hər adama nəsib olmur. Ziyad İsgəndər oğlu belə bir istedada malik imiş. Onu 1936-cı ildə Azər­baycan KP Maştağa rayon komitəsinin qərarı ilə “Abşeron kolxozçusu” qəze­ti­nin baş redaktoru vəzi­fəsinə təyin etdilər. Kənd təsərrüfatı mütəxəssisi hara, qəzet hara?” – deyən oldu­mu, olmadımı, bilin­mədi, bi­li­nən bu oldu ki, təyinat özünü doğrultdu, qəzet oxucularla daha səmimi “kəl­mələşməyə” baş­lamışdı. Belə təyinatlar o dövrün kadr hazırlığı mərhələsi imiş.

1938-ci ildə Maştağa MTS-də aqronom işləyən, 1939-1942-ci illərdə Azərbaycan Elmlər Akademiyası Botanika İnstitu­tu­nun aspiranturasında oxuyan Ziyad Məmmədov 1942-cı ildə Zəngilan Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri təyin edilib. O illərdə sovet ideologiyası xarici dövlətlərlə həmsərhəd rayonlarda gerçək inkişaf­dan daha çox görünən inkişafa daha şox diqqət yetirirdi və rayon rəhbər­li­yini də fəaliyyəti, əsasən, bu istiqamətdə qurmağı tələb edirdi. İranla sərhəd olan Zəngilanda da beləy­di. Ziyad Məmmədov bu tələb­lə kifayət­lən­­mir­di, rayonda sosial inkişafın şəbəkələrinin gerçək inkişa­fı­nın cəfakeşiydi. Əksər hallarda öz təşəbbüsü ilə...

“Əməkdə fərqlənməyə görə”, “Qafqazın müdafiəsinə görə” medalları ilə təltif olun­muşdu. 1947-ci ildə rayonda bütün sahələr üzrə, bu sıradan pambıqçılıqda plan və tapşırıqlar artıqlaması ilə yerinə yetrilmişdi. Rayonun tarixində indiyəcən olmyan nailiyyət əldə edilmişdi. Moskva bunu yüksək də­yər­ləndirdi. 1948-ci il martın 10-da SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə digər 13 nəfərlə birlikdə Zəngilan Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Ziyad Məmmədov da So­sialist Əmə­yi Qəhrəmanı adına layiq görüldü. Bu təltif onun gerçək niyyətinin bir qədər ləngidil­məsin­də və­silə oldu. 1953-cü ilə kimi burda işlədi...

Ziyad müəllimlə bağlı xatirələr, deyilənlər, xatırlananlar həm tarixdir, həm də bir insana ehtiramdır.

O vaxtların rayon rəhbərliyinin dəbdəbəli kabinetləri, iş şəraitləri, rahat xidməti və şəxsi maşınları olmayıb. Rayon rəhbərlərinin istifadəsində Amerika is­tehsalı olan minik maşını, bir də minik atları olarmış. Belə bir şəraitdə Ziyad Məmmədovun əsl təşkilatçılıq, rəhbərlik və işgüzarlıq məharəti özünü göstərdiyi illər sonra da ehtiramla xatırlanır.

50-ci illərin əvvəlləri haq­qında bu xatırlamalar nə yaxşı yaddaşlardan tarixə, tarixdən yaddaşlara köçür. Bu da vətəndaşlıq mis­siaysıdı. Zəngilandan Mincivan qəsəbəsinə 11 kilometrlik yol çəkilirmiş. Bu yol həm də dağlıq yerlərdən keçdiyi üçün onu genişləndirmək çox çətin imiş. Ra­yon rəh­bər­liyi bu yolun dəmir yolunun kənarının keçilməzliyini aradan qaldırmaqla çəkil­məsini qə­rara alır. Yol iməciliklə çəkilirmiş. Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Ko­mi­təsinin səd­ri Ziyad Məmmədov işin əsas təşkilatçılarından biri kimi müntəzəm olaraq bütün iş sahəsi boyu kol­lek­tiv­lərə baş çəkirmiş, hal-əhval tuturmuş, işləyənlərə özü də kömək edərmiş.

Pirçivan kəndinə “Çeşmə gözü”ndən su çəkilməsi də o illərin tarixidir. Ziyad müəllim bu tarixin də yaxın iştirakçısı olub, su çəkilişi Ziyad Məmmədovun təşkilatçılıq qabliyyətinin açılmasını aydın şəkildə göstərmişdi.

Yaxşılıq da imandandır, yaxşılığı yaşatmaq da. Yaxşılığı unutmamaq insanın daxili zənginliyidir. Unutmursan, mənən rahat olursan, sənə elə gəlir ki, ruhun bundan rahatlıq tapır. Min illərdi belə yaşa­nı­lıb, indi də belə yaşanılır. Ziyad Məmmədov xeyirxah insan olub, heç kimdən köməyini əsirgəməyib. Qanunsuzluğa yol vermədən könüllər alıb, indi könüllərdə yaşayır. Soltan Vəliyev əməkdar həkim olub, 35 il Zəngilan səhiyyəsinə rəhbərlik edib. Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra özü həkim işləmək istəsə də Zəngilana səhiyyə şöbəsinin müdiri göndəriblər. Çəkinə-çəkinə Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Ziyad Məm­mə­dovun qəbuluna gedib. Göndərişi göstərib, ancaq cərrah olmaq istədiyini bildirib. Ziyad müəllim xeyli fikirləşəndən sonra məktubu Soltanın özünə qaytarıb, deyib ki, bu mək­tubu nə sən mənə göstərmisən, nə mən səni görmüşəm. Sən əvvəlcə cərrah işlə, sonra baxarıq. Bu cavab Soltan Vəliyevin taleyini arzuladığı səmtə yönəldib...

Ali təhsil almışdı. Yüksək vəzifədə işləyirdi. Ancaq ruhunun yaradıcılıq işığı onu tədqiqatlara çə­­kirdi. Elmi məqalələr oxuyurdu, düşüncələrini oxuduqlarının fonunda sistemləşdirirdi. Hərdən dü­şüncələrinə sarılan işıq oxuduqlarının işığı ilə qoşalaşırdı. Onda ruhən Bakıya, böyük laborato­ri­ya­lara meyillənirdi...

Bakıya gəldi. Niyyətinin şəhərinə, arzularını gerçəkləşdirməyə, elmi düşüncələrinin işığını ümu­mi­ləşdirməyə. Həm də 43 yaşında! Yaş həddi istedadın açdığı cığırda yel əsdirə bilməz. Ziyad İsgəndər oğlu niyyətini gerçəkləşdirməyə zamanın yaş sərhədini aşaraq gedirdi. Bitkilərdə fotosintez proses­lə­ri­ni öyrənəcəkdi. Ziyad müəllim biologiya elminin maraqlı və faydalı sahəsi olan bitki fiziologiyası sa­həsini, bitkilərdə gedən fotosintez prosesinin bitkilərin məhsuldarlığı ilə əlaqəsini geniş öyrənirdi. Onun elmi işləri 40-dan çox elmi əsərdə, bir neçə kitabçada və 1991-ci ildə çap etdirdiyi 317 səhifəlik “Kənd təsərrüfatı bitkilərinin qidalanması və məhsuldarlığı” kitabında öz əksini tapmışdır.

Ziyad Məmmədov biologiya elmləri namizədi alimlik dərəcəsi almışdı. 1962-ci ildə ona baş elmi işçi adı verilmişdi. 1967-ci ildən elmi fəaliyyətini Azərbaycan EA Genetika və Seleksiya İnstitutunda davam etdirirdi.

Müxtəlif buğda növ və hubridlərində fotosintez göstəricilərini öyrənən biologiya elmləri namizə­di Ziyad Məmmədovun tədqiqatları sayəsində yüksək fotosintez potensialına malik buğda növləri mü­əy­yənləşdirilmişdi və seleksiyaçılar onun da tövsiyələrindən bəhrələnəcəkdi.

Ziyad Məmmədov həyatının ixtiyar çağında “Qidalanma fizioloji və kənd təsərrüfatı məhsulunun idarə edilməsi amili kimi“mövzusunda doktorluq dissertasiyasını tamamlasa da səhhətində yaranan problemlərlə bağlı müdafiə edə bilməmişdi.

Akademik Cəlal Əliyev yazırdı ki, “Ziyad müəllimlə işlədiyim dövrdə mən onun işə necə böyük məsuliyyətlə yanaşdığını, istər labortoriyada, istərsə də çol şəraitində cəsarətlə işlədiyini görürdüm”.

Akademik Teymur Bünyadovun dediklərini insanı xarakterizə etmək üçün gərəkli olan bir məqamın ifadəsi bildim: “...Mən tez-tez elmi axtarışımla əlaqədar böyük insan, böyük alim, xalqsevər akademik İmam Mustafayevin yanına gedəndə Ziyad müəllimlə görüşərdim. Aman Allah! Ziyad müəllim necə utancaq, abırlı, həyalıydı”.

Tanrının sevərək yaratdığı insanlardan biri olan elm fədaisi Ziyad müəllim heç bir şeydən qorxmayan, hər vaxt öz sözünü deyən bir adam idi. Mülayim təbiətli, xoşxasiyyət Ziyad müəllimdə bütün insani keyfiyyətlər toplanmışdı, bu mehriban çöhrəli insanla ünsiyyətdə olmaq çox xoş idi...

Ata övlad üçün qürur ünvanıdır. Bu qürur el-obanın da qürurudursa, daha möhtəşəm, daha əzə­mət­li, daha yaşarı qürur olur. Ataya sevgi ictimaiyyətin səmimi ehtiramı ilə tamamlananda zamanın da, ruhun da fövqündə dayanır. Zəngilanlıların və AMEA-nın əməkdaşlarının böyük ehtiramla­ xatırladığı vətənpərvər bir ziyalının oğulunun atası haqqında dediklərini milli mentalitetimizin zərrəsi bilmək gü­nah olmazdı. Mərhum oğlu tibb elmləri namizədi Namiq Məmmədov deyirdi ki, “Çox yerdə bizi ona görə tanıyırlar. “Ziyadın övladıdır” – deyirlər. Bundan şərəfli an, bundan şərəfli hiss ola bi­lər­mi? Xalqın sevimlisi olmaq hər kəsə qismət olmur. Atam öz gözəl qəlbi ilə camaat arasında sevilirdi. Biz də onun adının həmişə şərəflə çəkilməsi üçün çalışmışıq ...”

Ziyad müəllimin qızı, fizika-riyaziyyat elmlər doktoru, Bakı Dövlət Universitetinin Yarımkeciricilər fizikası kafedrasının professoru Adilə Abbasova atasını xatırlayanda həmişə ömrünün dünənlərini xatırlayır. O dünənlər tarix kimi xatırlanır, tarixdən ömürə düşən işıq kimi xaırlanır: “...Mən həyatda nə qazanmışamsa, –bunlar isə az deyil, – atama borcluyam. O həmişə mənə : “Oxu!” deyər, qiymətlərimlə maraqlanar, dərslərimə kö­mək edərdi. İndiki BDU-ni bitirəndən sonra aspiranturaya daxil oldum. Mən Moskvaya da onun məsləhəti ilə getdim...”. Bu kəlmələrə xatirə biçimində mənəvi etiraf, mənəvi etiraf biçimində xatirə deyərdim.

Adilə xanım atasını atasızlıq ağrılarıyla anır, xatirələri bu ağrıları üstələyirmi, bu ağrılar xatirə­lə­rini sıxırmı, nə özü bilər, nə də bu xatirələri tarix kimi dinləyənlər: “...O mənim həyat idealım idi. Atam həm də mənim dünyam idi...”. Elə gözəl günlərdən uzaqlaşmağın övladı kövrəltməsi də böyük sevginin təzahürüdü. Məktəb yaşlı övladı ilə bu səviyyədə dost olmaq ata ürəyinin böyük­lü­yünün ifadəsidir. Bu fikirlər mənə xalq yazıçısı İsa Muğannanın bir fukrini xartırlatdı: Ona irad tuturlar ki, niyə atandan çox yazırsan. Qüdrətli yazıçı qətiyyətlə deyir: Çünki atamı hamıdan yaxşı tanıyıram. Övladın atasını yaxşı tanıması da mənəvi zənginlikdir, onun haqqında çəkinmədən gerçəkləri səmi­miy­yətlə danışmaq da...

Ziyad İsgəndər oğlu Məmmədov vətənpərvər ziyalı idi. 1995-ci il sentyabrın 25-də dünyadan köçdükdən sonra da xoş xa­ti­rələrlə, ehtiramlarla anılır. Ananların hamısı onu gözəl insan, qayğıkeş insan, insanpərvər insan, dost­luğa sədaqətli insan, ... kimi epitetlərlə xatırlayır. Dilimizdə “gözəl insan” söz birləşməsi böyük ehti­ramı ifadə edir. Bu ifadə qayğıkeşliyi də, humanizmi də, xeyirxahlığı da, sədaqəti də, özündə birləş­di­rən ifadədir. Mən bu ehtiramı Ziyad İsgəndər oğlu Məmmədova da şamil edirəm, həm də böyük qü­rurla, Zəngilanı sevmiş bir insana Zəngilanı sevən bir insan kimi...

Bayram MƏMMƏDOV,

Əməkdar müəllim

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 May 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tezliklə varlanacaq BÜRCLƏR: Pul çay kimi axacaq

25 İyun 2025 00:06see127

İranda daha bir nüvə alimi və oğlu öldürülüb Qayınanası isə güllələnib

24 İyun 2025 06:24see127

Vəhşi quşlar təbiətə buraxıldı Altıağacdan maraqlı görüntülər

24 İyun 2025 15:56see126

Qışqırmaqla problem həll edilmir Nazir

24 İyun 2025 15:50see124

KDÇ: İnter Mayami Palmeyras la heç heçə edib

24 İyun 2025 07:24see123

ADPU da “Code for Future” layihəsinin cari il üzrə yekun tədbiri keçirilib

24 İyun 2025 16:43see119

Ruttedən Türkiyə ilə bağlı şok: NATO ölkələri mane olur...

24 İyun 2025 22:18see117

İclasda müdir qışqırdı işçi xəstəxanalıq oldu

24 İyun 2025 15:48see116

Azərbaycanda unun topdansatış qiymətləri AÇIQLANDI

24 İyun 2025 05:32see116

ABŞ nin müharibə planı: Tramp üçün 3 gizli bunker

24 İyun 2025 11:05see115

Məhəbbətim qibləm, andım

24 İyun 2025 21:01see115

Kallas: Aİ vətəndaşlarının təxliyəsinə kömək etdiyinə görə Azərbaycana minnətdarıq

24 İyun 2025 20:59see115

Güclü bir evlilik üçün cütlərin cavab verməli olduğu üç sual...

25 İyun 2025 00:46see115

Zelenski: Ukraynanın müdafiə sənayesi il ərzində 8 milyon PUA istehsal edə bilər

25 İyun 2025 02:31see115

Son Şahnaz Şahin yazır

24 İyun 2025 18:03see114

Sabah da hava buludlu olacaq

24 İyun 2025 12:27see114

Azərbaycan nefti 80 dollara düşdü

24 İyun 2025 09:43see113

Paşinyan Sərkisyan və Köçəryan barədə: Bu kölələr məni devirmək istəyirlər

24 İyun 2025 17:51see112

Əhaliyə xəbərdarlıq: İyunun 26 28 də...

25 İyun 2025 21:15see111

25 ildən sonra görüşüb qucaqlaşdılar… Əslində hər şey bir yalandır?

25 İyun 2025 18:22see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri