Icma.az
close
up
RU
Xatırlanan və ya xatırlanmayan yuxularımız

Xatırlanan və ya xatırlanmayan yuxularımız

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

"Yuxuların yarısı səsli, yarısı isə səssiz film kimidir, şüuraltına yeriyir, uzun gecələrin şirin röyasına çevrilir. Yuxular gün ərzində, ümumiyyətlə keçirdiyimiz stres, travma və gərginliyin yatan zaman şüuraltında ona verilən cavab reaksiyalarıdır, yəni heç bir yuxu gələcəkdən bəhs etmir. Sadəcə, bəzən real həyatda həll olunmayan problemlər gecə yatarkən, bütün bədənin rahatlandığı zaman beyin öz işini davam etdirir və yuxuda bir sıra problemləri həll etməyə başlayır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib.

Onun sözlərinə görə, şox vaxt yuxuda görülənləri xatırlamaq çətin olur. Bu, bəlkə də ortaq problemdir, gecə görülən yuxular səhər oyananda yaddan çıxır. Mütəxəssislər bunun səbəbləri olduğunu bildirirlər. "Yuxular beyin fəaliyyətinin ən güclü zamanında bir hormondan asılı olaraq - noradrenalinin azalması nəticəsində görülür. Bəzən yatıb yuxu görməməyin səbəbi qanda noradrenalinin yüksəlməsidir. Yuxu iki hissədən ibarətdir. Həmin hissələr göz hərəkətlərinə görə adlanır. Yuxu zamanında müəyyən aralıqda gözlər tez-tez qırpılmaya və göz yuvalarına doğru hərəkət etməyə başlayar və bunu REM mərhələsi adlandırırlar. NREM mərhələsində isə göz qapaqlarının hərəkəti baş vermir, həmin mərhələ təxminən 90 dəqiqə ərzində baş verir və sonra REM mərhələsinə girir” , - deyə psixoloq izah edib.

“Araşdırmalar göstərir ki, gerçək həyatda başvermə ehtimalı az olan vəziyyətlərlə əlaqədar görülən yuxuların sonradan xatırlanması mümkün deyil. Adətən, 80 faiz hallarda REM mərhələsində görülən yuxular xatırlanmır, 10 faiz hallarda isə NREM mərhələsində görülən yuxular xatırlanır. Hansı mərhələdə oyanmaqdan asılı olaraq yuxuların xatırlanma prosesi daha yüksək olur”. Deyirlər ki, ətirlər yuxunu idarə edə bilir. Ona görə də yastığa lavanda və qızılgül yağı damcılatmaq yuxunu xoş və şirin edə bilər”, - deyə Y.Əsgərova bildirib.

Afət Tahirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 Yanvar 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri