Icma.az
close
up
RU
Xaya və xaya artımının kistası

Xaya və xaya artımının kistası

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu xəstəlik zamanı xaya və xaya artımında içərisi maye ilə dolu qovuq əmələ gəlir. Xaya və xaya artımı kistası xəstəliyi kişilər arasında kifayət qədər yayılmış xəstəliklərdəndir.

Xəstəlik həm anadangəlmə, həm də qazanılma (kişi cinsiyyət orqanları sahəsinin müxtəlif travmaları və iltihablı xəstəliklərindən sonra) ola bilər.

Əksər hallarda xaya və xaya artımı kistaları özlərini heç bir əlamətlə büruzə vermirlər və təsadüfi olaraq, məsələn, profilaktik tibbi müayinə və ya hər hansı digər xəstəliklərə görə müayinə olunarkən aşkar olunurlar. Kistalar tədricən inkişaf edərək, heç bir pozğunluq yaratmadan, kişinin cinsi aktivliyinə və reproduktiv (dölyaratma) funksiyalarına heç bir təsir etmədən inkişaf edir.

Bir qayda olaraq xaya və xaya artımı kistaları heç bir müalicə tələb etmir. Yalnız nadir hallarda, bu kistaların xərçəng xəstəliyinə keçməsi ehtimalı olduqda, onların ölçülərinin böyük olması səbəbindən ağrı hissiyyatı və həmçinin spermatozoidlərin xaric olunmasına maneçilik törətməsi hallarında müvafiq mütəxəssis tərəfindən kistaların xaric olunması üçün cərrahi əməliyyat aparılır.

Kişilər yadda saxlamalıdırlar ki, xayalıqda hər hansı bir şişkinlik müşahidə etmiş olsalar, tez bir zamanda müayinə üçün həkimə müraciət etməlidirlər. Çünki, bu şiş zərərsiz bir kista olmaqla yanaşı, xayanın xərçəng xəstəliyi də ola biər.

Digər bədxassəli şişlər kimi, xayanın xərçəng xəstəliyi də nə qədər tez aşkar edilmiş olarsa, onun müalicəsi də bir o qədər asan və effektli ola bilər. Həkim baxışından sonra xəstəyə xayalığın USM-i və bir neçə laborator müayinələr təyin olunur. Müayinələr nəticəsində xəstədə xayanın xərçənginə şübhə yaranmış olarsa, şiş toxumasının biopsiya müayinəsi keçirilir. Biopsiya materialının müayinəsi nəticəsində isə onların adi və ya xərçənğ hüceyrələri olması müəyyən edilir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see598

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see422

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see306

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see294

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see285

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see272

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see262

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see262

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see259

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see241

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see235

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see212

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see205

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see204

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see199

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see190

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see184

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see183

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri