Icma.az
close
up
RU
XƏBƏRDARLIQ: “Bu, planetə düzəlməz ziyan vura bilər” KONKRET

XƏBƏRDARLIQ: “Bu, planetə düzəlməz ziyan vura bilər” KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Müharibə təkcə insan tələfatı, dağıntı və siyasi gərginliklə nəticələnmir, eyni zamanda təbiətə, ekosistemlərə və iqlimə də dərin, uzunmüddətli ziyan vurur. Təbiət nöqteyi-nəzərindən müharibə, ekoloji tarazlığın pozulması, yaşayış mühitlərinin məhv edilməsi və ölümlə nəticələnən ciddi bir antropogen hadisədir”.

Bu fikirləri meteoroloq Cavid Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib:

“Hazırda iqlimə dəyən zərərin qiymətləndirilməsi yeni bir tədqiqat sahəsi hesab olunur. Keçmişdə müharibələrin iqlimə təsiri bu qədər ətraflı araşdırılmırdı. Lakin müasir dövrdə texnologiyaların inkişafı ilə hərbi əməliyyatların dağıdıcı potensialı da qat-qat artıb”.

Ekspertin fikrincə, müharibənin ekoloji təsirini üç mərhələdə qiymətləndirmək mümkündür: hazırlıq dövrü, döyüş mərhələsi və müharibədən sonrakı vəziyyət. Hər üç mərhələ təbiətə ciddi zərər vurur.

“Məhv edilmiş texnika, partlayıcı maddələr, yanacaq və sürtkü materialları torpaq və suyu çirkləndirir. Hər bir raket buraxılışı və ya döyüş təyyarəsinin uçuşu atmosferə zərərli qazlar və hissəciklər buraxaraq qaz balansına, yağıntının miqdarına və bölgüsünə, eyni zamanda buxarlanma və rütubət səviyyələrinə təsir göstərir.

Tarixdən nümunə olaraq, 1990-2007-ci illərdə müharibə vəziyyətində olan Əfqanıstan meşələrinin üçdəbirini itirib. Nəticədə bölgədə quraqlıq, səhralaşma və bir çox canlı növünün məhv olması müşahidə olunub. Məsələn, ərazidən köç edən quşların sayı 85 faiz azalıb.

Dünyada ekoloji problemlərlə mübarizə üçün müxtəlif proqramlar, beynəlxalq konvensiyalar və tədbirlər həyata keçirilsə də, bu sənədlərin əksəriyyətində müharibələrin yaratdığı ekoloji fəlakətlərə yetərincə diqqət ayrılmır. Karbohidrogen tullantılarının azaldılması, plastik çirklənmə ilə mübarizə, biomüxtəlifliyin qorunması prioritetlər sırasındadır, lakin silahlı münaqişələrin bu sahədə doğurduğu fəsadlar çox zaman kölgədə qalır”.

Mütəxəssis xəbərdarlıq edir ki, sonsuz hərbi qarşıdurmalar nəticəsində bəşəriyyət təkcə ekoloji təhlükəsizlik planlarını poza bilməz, həm də planetin özünə düzəlməz ziyan vura bilər. Bu səbəbdən ekoloji təhlükəsizlik məsələlərinə yanaşmada müharibələrin rolu ayrıca və daha ciddi şəkildə nəzərə alınmalıdır.

“Ekologiyanın qorunması yalnız yerli və ya sektoral tədbirlərlə deyil, həm də qlobal sülh çağırışları və hərbi fəaliyyətlərin ekoloji nəticələrinin beynəlxalq səviyyədə qiymətləndirilməsi ilə mümkündür”.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 İyun 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri