Icma.az
close
up
RU
Xəbərsiz cərimə olunmusunuzsa: Bunlara DİQQƏT EDİN

Xəbərsiz cərimə olunmusunuzsa: Bunlara DİQQƏT EDİN

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnzibati qaydaları pozduqları üçün bir çox şəxs xəbəri olmadan cərimələnir və bu zaman nə etməli olduğunu bilmir.

Belə hallar arasında karantin dövrünü nümunə göstərmək olar. Həmin vaxt bir sıra vətəndaşlara karantin qaydalarına əməl etməmələri səbəbindən cərimələr tətbiq edilib.

Maraqlısı odur ki, bəzi şəxslər hələ də “MyGov” mobil tətbiqinə daxil olaraq, adlarının yanında cərimələrin qeyd olunduğunu indi öyrənirlər. 

Məsələn, bir şəxsə 5 il əvvəl cərimə tətbiq olunub və o, indi bu barədə xəbər tutur. Belə halda nə etməlidir? 

Vəkil Babək Həmidov “Cebheinfo.az”-a bildirib ki, bəzi inzibati xəta işləri üzrə qərar qəbul edilərkən əvvəlcə inzibati xəta haqqında protokol tərtib olunur. Şəxs həmin protokolla razılaşmasa, onun iştirakı ilə inzibati xəta haqqında qərarın qəbul olunub-olunmaması müzakirə edilir. 

Daha sonra qərar verilir ki, şəxs həmin protokol üzrə təqsirli bilinsin, yoxsa yox. “Əgər şəxsin məlumatı olmadan onun barəsində inzibati xəta haqqında qərar qəbul olunubsa, şəxs rəsmi qaydada məlumatı əldə etdiyi gündən 10 gün müddətində aidiyyəti üzrə qərarı qəbul edən orqanın yuxarı qurumuna və ya məhkəməyə müraciət edə bilər. 

Həmin qərarın ləğvini və ya qərar üzrə tətbiq edilən inzibati tənbehin aradan qaldırılmasını tələb etmək mümkündür”. Vəkil qeyd edib ki, məhkəmə icraatı zamanı qərarı qəbul edən orqan inzibati xəta haqqında qərarın qanuni və əsaslı olduğunu məhkəmədə sübut etməyə borcludur. Bu vəzifə qərarı qəbul edən inzibati orqanın üzərindədir. 

Aişə Abdulova 
“Cebheinfo”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Fevral 2026 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri