Xəlil Kələntər: Qarabağ Universiteti yeni əməkdaşlıq modelləri tətbiq etmək üçün çox böyük fürsətdir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 14 noyabr, Ceyhun Xəlilov, AZƏRTAC
Gələcəkdə Azərbaycan elmində strateji sahələrə fokuslanmaq vacibdir. Enerji keçidi və bərpaolunan enerji sahəsi ön plana çıxmalıdır – Günəş və külək enerjisi texnologiyaları, hidrogen və yaşıl yanacaqlar, ağıllı şəbəkələr və enerji səmərəliliyi sahəsində tətbiqi tədqiqatlar aparılmalıdır. İKT və rəqəmsal texnologiyalarda isə yerli sənaye proseslərini optimallaşdırmaq, kibertəhlükəsizlik sahəsində insan kapitalını inkişaf etdirmək önəmlidir.
Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Yaponiyada yaşayan azərbaycanlı professor, elektronika mühəndisi, ixtiraçı Xəlil Kələntər səsləndirib.
O bildirib ki, sturukturu yenicə formalaşan və təkmilləşdirilən Qarabağ Universiteti bu cür yeni əməkdaşlıq modelləri tətbiq etmək üçün böyük fürsətdir. “Qarabağ Universitetinin missiyası ilkin mərhələdə bir və ya iki strateji, bazar yönümlü istiqamətə fokuslanmaq, beynəlxalq universitetlər və sənaye liderləri ilə əməkdaşlıq qurmaq, eləcə də kurikulum və laboratoriya infrastrukturunu biznesin real ehtiyaclarına tam uyğun şəkildə formalaşdırmaq olmalıdır”, - deyə X.Kələntər əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 14 Noyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















