“Xəmsə” nəticəyə baxıb qərar verəcək” Adil Şükürovun gəlişinə Gəncədən reaksiya
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Kəpəz” yenidən Adil Şükürovla anlaşıb.
Klubun növbəti dəfə eyni mütəxəssisə güvənməsini azarkeş dairələri birmənalı qarşılamayıb. Bəzi azarkeşlər belə düşünür ki, mütəxəssis vaxtilə maliyyə baxımından çətin durumda olan komandadan ayrılanda tam həcmdə kompensasiya tələb etməklə yaxşı davranmayıb.
“Football-plus.az” bu məqamla bağlı “Xəmsə”nin rəhbərlərindən Müşviq Məmmədovun fikrini öyrənib:
“Biz Azər Bağırovun qalacağını gözləyirdik, olmadı. Bu da rəhbərlikdən bir qədər də məsuliyyətli olmağı tələb edəcək. Azər Bağırova öz növbəmizdə son mövsüm üçün təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq. Adil Şükürovu da tanıyırıq, komandanı liqada saxlayıb, uğurlu olmasını gözləyirik. “Xəmsə” nəticəyə baxıb qərar verəcək. Konpensasiya məsələsinə qarışmaq bizə aid məsələ deyil, öncə də qarışmamışdıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 13 İyun 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















