Icma.az
close
up
RU
Xərçəng diaqnozunda hər şeyi dəyişə biləcək kəşf

Xərçəng diaqnozunda hər şeyi dəyişə biləcək kəşf

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni bir araşdırmanın nəticələri, "xərçəng" xəstələrinə diaqnoz qoyma üsulumuzu tamamilə dəyişdirə biləcək qədər əhəmiyyətli ola bilər.

"Xərçəng" müalicələri inkişaf etməyə davam etdikcə, xəstəliyin erkən mərhələdə aşkarlanması da daha effektiv hala gəlir. Bədəndə invaziv "xərçəng" hüceyrələri olduqda tez-tez ortaya çıxan bəzi "xərçəng" göstəriciləri bu erkən aşkarlamaları mümkün edir. Lakin yeni bir araşdırma bu aşkarlama üsullarının əslində tam olaraq doğru olmadığını iddia edir.  

Həkimlərin invaziv süd vəzi "xərçəngi" diaqnozu qoyarkən əsas götürdükləri göstəricilərdən biri olan anöploid hüceyrələr qeyri-adi xromosom sayına malikdir. Ümumilikdə, bu balanssızlığın "xərçəng"in yayılmasına və bədənin immun sistemindən yayınmasına kömək etdiyi düşünülür. Ancaq Texas Universiteti və Texasdakı "Baylor Tibb Fakültəsi"ndən olan tədqiqatçıların yeni araşdırması, bu xərçəng göstəricilərinin hətta "xərçəng" olmayan hallarda da mövcud ola biləcəyini göstərir. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, tədqiqatçılar "Nature" jurnalında dərc etdikləri tapıntılarında 49 sağlam qadının süd vəzi toxuması nümunələrində anöploid hüceyrələr aşkar etdiklərini bildiriblər. Bu kəşfin bir çox təsiri olsa da, xüsusilə "xərçəng"ə baxışımızı əsaslı şəkildə dəyişməsi səbəbilə narahatedicidir.  

Əgər bu hüceyrələr əslində "xərçəng" göstəricisi deyilsə və sağlam toxumalarda da görünürsə, həkimlər süd vəzi "xərçəngini" erkən mərhələdə aşkar etmək üçün başqa bir yol tapmalıdırlar. Ümumilikdə, bu kəşf süd vəzi "xərçəngi" və digər bir çox "xərçəng" növü sahəsində böyük nəticələrə səbəb olur.  

Tədqiqatçılar qeyd edirlər ki, bu tapıntılar hər kəsin "ön-xərçəng" vəziyyətində olduğu anlamına gəlmir. Lakin "xərçəng"in müxtəlif fərdlərdə nə vaxt və necə başladığını daha yaxşı müəyyənləşdirə bilməyimiz üçün daha çox araşdırmanın aparılmasının vacibliyini vurğulayırlar.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Dekabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see158

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Ən bahalı Ayfonlarda bu qüsur AŞKARLANDI

28 Sentyabr 2026 23:20see146

İranın Qəşm adası yaxınlığında partlayış səsləri eşidilib

29 Sentyabr 2026 01:23see145

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

Türkiyə millisi İtaliyalılar qarşısında darmadağın oldu YENİLƏNİB

29 Sentyabr 2026 01:05see145

Yığmaya rəhbərlik edən məşqçilər arasında ən zəif nəticələrdən biri

29 Sentyabr 2026 00:20see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Barselona nın ulduzu PSJ və Real a qarşı oyunları buraxacaq

28 Sentyabr 2026 23:28see141

5 ildir kaşkilərlə yaşayıram Video

28 Sentyabr 2026 23:26see141

İrandan nüvə proqramı ilə bağlı gözlənilməz addım: Tehran razılaşdı

28 Sentyabr 2026 22:53see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri