Icma.az
close
up
RU
Xərçəng xəstələri üçün böyük ümid: Artıq əməliyyata ehtiyac qalmaya bilər

Xərçəng xəstələri üçün böyük ümid: Artıq əməliyyata ehtiyac qalmaya bilər

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Tibb dünyasında inqilab sayılan "likit biopsiya" üsulu xərçəngin genetik izlərini sadə qan nümunəsi ilə aşkarlayır. Klassik toxuma biopsiyasına alternativ olaraq hazırlanan bu metod xəstəliyin erkən əlamətlərini müəyyən etməkdən müalicəyə qarşı yaranan müqaviməti izləməyə qədər geniş imkanlar vəd edir. Onkoloji sahə üzrə ekspertlər Leyla Özer və Levent Emirzeoğlu bu yeni texnologiyanın tətbiq sahələrini və üstünlüklərini açıqlayıblar.
Demokrat.az xəbər verir ki, likit biopsiya xüsusi sınaq şüşələrinə alınan qan nümunəsinin laboratoriyada yüksək texnologiyalı üsullarla analiz edilməsidir. Qanda dövr edən xərçəng hüceyrələri və ya şişə aid DNT hissəcikləri bu testlərlə yüksək dəqiqliklə tapılır. Metodun ən böyük üstünlüyü cərrahi müdaxiləyə ehtiyac qalmamasıdır. Əməliyyat və ya iynə ilə toxuma götürmək lazım olmadığı üçün prosedur xəstələr üçün daha rahat və təhlükəsizdir.

Ekspert Leyla Özer qeyd edir ki, şiş hüceyrələri müalicələrə qarşı sağ qalmaq üçün müxtəlif müqavimət mexanizmləri inkişaf etdirir. Bu səbəbdən diaqnoz anında toxuma biopsiyası ilə müəyyən edilən bəzi xüsusiyyətlər müalicə müddətində dəyişə bilər. Şişin bədənin müxtəlif yerlərində fərqli molekulyar xüsusiyyətlərə sahib ola biləcəyini nəzərə alsaq, qana qarışan hüceyrələrdəki dəyişiklikləri izləmək daha dəqiq məlumat verir.
Bu üsul xüsusilə hədəfəyönümlü dərmanların istifadə edildiyi xəstələrdə yeni yaranan mutasiyaları erkən aşkar etməyə imkan verir. Nəticədə xəstəlik irəliləmədən daha təsirli müalicə seçimlərinə keçmək mümkün olur. Əməliyyatdan sonra qanda cüzi DNT artışı aşkar edilərsə, xərçəngin yenidən qayıtması görüntüləmə cihazlarından aylar əvvəl müəyyən edilə bilir.
Ekspert Levent Emirzeoğlunun sözlərinə görə klassik biopsiya infeksiya, ağrı və qanaxma riski daşısa da, likit biopsiya xəstəyə əlavə yük gətirmir. Qan nümunəsində toplanan məlumatlar bədənin fərqli yerlərindəki metastazları da əhatə etdiyi üçün şiş yükü bütövlükdə görünür. Bu səbəbdən yeni metod gələcəyin onkologiya standartı kimi qiymətləndirilir.
Həmçinin oxu:
26 milyon dolları yerə səpdi — Kim nə qədər götürə bilirsə, götürsün (FOTO)
Həyatınızdakı böyük dəyişiklik üçün gerisayım başladı — Mart uğur dolu gəlir
Qiyabi təhsil alan oğlanlara şad xəbər
Hazırda bu üsul ən aktiv şəkildə ağciyər, döş, kolon və prostat xərçənginin müalicəsində istifadə olunur. Toxuma biopsiyası riskli olan xəstələrə və ya nümunə götürməyin çətin olduğu hallarda likit biopsiya əvəzolunmaz çıxış yoludur. Kütləvi rutin yoxlama testi kimi tətbiqi hələ inkişaf mərhələsində olsa da, fərdi müalicə planının qurulmasında həlledici rol oynayır.
İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Fevral 2026 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri