Icma.az
close
up
RU
Xərçəngdən qorunmaq üçün şəkərdən imtina etməliyik?

Xərçəngdən qorunmaq üçün şəkərdən imtina etməliyik?

Medicina portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


"Şəkər xərçəngi qidalandırır" kimi insanlar arasında bir mif dolaşır, yəni bədxassəli yenitörəmə diaqnozu qoyulanlar şəkər (qlükoza) olan məhsullardan imtina etməlidir, çünki qlükoza ilə zəngin olan şirin qidalar şişin böyüməsinə kömək edir.

Ona görə bir çox insan hətta öncədən xərçəngdən qorunmaq üçün şəkəri həyatından çıxarır.

“Medicina” xəbər verir ki, onkoloq, hematoloq, tibb elmləri doktoru, professor Aleksandr Seryakov “qlükozanın orqanizmdə bədxassəli şişlərin inkişafına necə təsir etdiyindən danışıb.

“Qlükozanın (karbohidratların) insan orqanizmində hər hansı hüceyrələrin böyüməsi üçün lazım olan əsas enerji mənbəyi olması yüz ildən artıqdır ki, məlumdur.

Ancaq yadda saxlamalıyıq ki, xərçəng xəstəsi tərkibində artıq şəkər olan hər hansı qidadan, un məmulatlarından imtina etsə belə, bədən qlükoza əldə etməyin yolunu tapacaq, məsələn, onu tərəvəzlərdən, giləmeyvələrdən, meyvələrdən də alacaq.

Bundan əlavə, bədən qlükozanı "qeyri-karbohidrat" mənbələrdən amin turşuları və yağlardan alır.

Eyni şey orqanların işi ilə də baş verir - bəziləri daha az intensiv işləməyə başlayan kimi, digərləri bu "boşluğu" doldurmağa çalışır. Buna görə də, qaraciyər və böyrəklərin işinin artması (qlükoneogenez) səbəbindən bədən hələ də qlükoza alacaq.

Amma bu o demək deyil ki, xərçəngdən müalicə olunan xəstə hər şey yeyə bilər. Xeyr, vurğulayım: şüa terapiyasına hazırlaşan, dərman müalicəsi kursları keçən və ya bu yaxınlarda şişi çıxarmaq üçün əməliyyat keçirmiş xəstələrin qida rasionu balanslaşdırılmış olmalıdır- minimum fast food, yüksək kalorili qidalar, spirtsiz.

Artıq kalorilər müşayiət olunan xəstəliklərin (şəkərli diabet, ürək-damar xəstəlikləri) inkişafına səbəb olur.

Xərçəng xəstələri üçün bəzi qidalanma tövsiyələri:

Qırmızı əti, işlənmiş qırmızı ət məhsullarını (kolbasa, frankfurt) pəhrizdən çıxarın, qızardılmış, ədviyyatlı, duzlu qidaları mümkün qədər xaric edin.

Pəhrizinizə daxil edin:

tərəvəzlər, meyvələr, giləmeyv

ə (hamısı liflə zəngindir),

dənli bitkilər (sıyıq),

ağ ət (hinduşka, toyuq) qaynadılmış,

yağsız dəniz balığı (Omega-3 və proteinlə zəngindir).

Orta dərəcədə şirniyyat və un məmulatları yeyə bilərsiniz: konfet və ya çörək yemək istəyirsən, tamam. Ancaq heç bir halda onlarla konfet və çörək yeməyin”.


Aygün Musayeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:314
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 26 İyul 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri