Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Xərçəngə 3 dəfə qalib gəldi: Bəs həyatda qalmaq üçün nə etdi?

Xərçəngə 3 dəfə qalib gəldi: Bəs həyatda qalmaq üçün nə etdi?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Əvvəlcə anasına, sonra isə özünə diaqnoz qoyulub. Pis xəbəri aldığında yalnız 29 yaşında olub, amma mübarizə aparmağa qərar verib. Xəstəlik təkrarlansa da, hər dəfə onu məğlub etməyi bacarıb. Üstəlik, bu sahədə magistr təhsili alıb. İndi isə həyatda qalma üsullarını hər kəslə paylaşır.

Qaynarinfo xəbər verir ki, Toral Shah hələ 11 yaşında ikən xərçəngi müalicə etməyə qərar verib. O, buna görə həkim olmaq qərarına gəlib.

Qəribə şəkildə həmin illərdən bəri xərçəng onun həyatının böyük bir hissəsinə çevirilib. Toral 20 yaşlarının əvvəllərində anasına xərçəng diaqnozu qoyulduğunu öyrənub. Özünün isə hələ 29 yaşında olarkən sağ sinədəki yumruya görə həkimə getdiyində xərçəng olduğu müəyyənləşib.

Toral diaqnoz qoyulmadan əvvəlki prosesi də kifayət qədər çətin olub. Onun ailəvi xərçəng tarix olsa da, ailə həkimi əvvəlcə ciddiyə almır. Lakin Toral biopsiya üçün göndərilənə qədər israrlı olmağa davam edib.

"Xərçəng böyük bir şok idi və həkimlərim mənə mastektomi (sinənin çıxarılması) olunmalı olduğumu dedikdə sarsıldım. Bu qədər gənc yaşda sağ orqanımı itirmək özünəinamımı məhv etdi və sağlam, formda və bədənimlə fəxr edərkən bu mənə çox ədalətsiz gəldi. Yenə də tam sağlığıma qovuşmaq üçün əlimdən gələni etməyə qərarlı idim", deyə Toral o dövrləri xatırlayır.

"Anam xəstəxanadaykən, xərçəng xəstələri üçün diyeta və həyat tərzi müdaxilələrinin arxasındakı elmi araşdırmağa başlamışdım. Anamın əməliyyatı, kemoterapiyası və radioterapiyasından sonra sağalmasına kömək edə biləcək hər şeyi araşdırdım və yatağının yanına qucaq dolusu fotokopiyalarla gəldim. Anam bütün çılğın təkliflərimi sınadı və bu mənə göstərdi ki, insanlara tibbi yoldan daha çox belə yardım etmək istəyirəm. Beləliklə, Surrey Universitetində qidalanma tibb sahəsində magistr təhsili almağa başladım", deyə o, qeyd edib.


Toralın anası Minaxinin xərçəngə qalib gəlməsindən 25 ildən çox vaxt keçib

Toral mastektomi edildikdən sonra xəstəlik əlaməti yaşamayıb. Lakin sonrakı illərdə xərçəng təkrarlanıb. 2018 və 2020-ci illərdə bunu iki dəfə təkrar yaşayıb: "Üçüncü dəfə xüsusilə çətin idi, çünki bu, COVID pandemiyası zamanı baş verdi. Xəstəxanada heç kimin mənə ziyarət etməsinə icazə verilmədiyindən, radioterapiya və əməliyyat prosesini tamamilə tək keçirdim".

"Hər təkrar çətin olsa da, bu vəziyyət məni xərçəng xəstələrinin sağalmasına kömək edə biləcək diyeta, həyat tərzi və məşq müdaxilələrinin bütün yollarını araşdırmağa davam etməyə sövq etdi. Magistr təhsilimi 21 il əvvəl tamamladım və o zamandan bəri inteqrativ tibb və genomika sahəsində təhsil aldım. İndi başqalarının sağlamlıqlarını yaxşılaşdırmaq və xəstəlik risklərini azaltmaq üçün həyat tərzi tibbi və sübutlara əsaslanan elmi tətbiq edirəm", deyə Toral bildirib.

O deyir ki, hər qadının sinə xərçəngi təcrübəsi unikaldır. O, üç dəfə sinə xərçəngini məğlub edib və bu sahədə təhsil aldığı üçün sağlam olmaq və təkrar riskini azaltmaq üçün etdiyi hər şeyi ətraflı izah edib.


Toralın təkrar riskini azaltmaq üçün tətbiq etdiyi 8 üsul:

1. Stresin idarə edilməsi - Xronik stress immun sistemimizi poza bilər, iltihab yarada bilər və hormonlarımıza təsir edə bilər. Stress xərçəngə səbəb olmasa da, dolayı yolla riskinizi artıra bilər. Toral deyir ki, gündəlik rutinlərində stresin idarə edilməsinə önəm verir: meditasiya, yoga, sauna və soyuq su hovuzları.

2. Gecə boyu oruc (Fasting) - "Jama Oncology"də 2016-cı ildə yayımlanan tədqiqat göstərib ki, gecə boyu 13 saatdan az oruc tutan qadınlarda döş xərçəngi təkrar riskinin 36% daha yüksək olduğu aşkarlanıb. Toral hər gecə ən az 13 saat oruc tutmağa çalışır.

3. D vitamini əlavələri - D vitamini çatışmazlığı ilə xərçəng arasında əlaqə mövcuddur. Toral D3 vitamini əlavələri qəbul edir və yağlı balıq, yumurta, günəşdə qalmış göbələk kimi qidalarla D vitaminini təmin edir.

4. Həftədə 5 gün, 1 saat məşq - Məşq döş xərçənginin təkrarını önləməkdə vacibdir. Toral və anası bu mövzuya diqqət edir, həftədə ən az beş gün, bir saat məşq edir, o cümlədən qüvvət məşqləri, tenis, yoqa və spinninq.

5. İki-üç porsiyon yağlı balıq - Toral Aralıq dənizi diyetasına əsaslanır və həftədə ən az iki-üç porsiyon yağlı balıq yeyir. Həmçinin, anti-iltihab xüsusiyyətli omega-3 əlavələrindən istifadə edir.

6. Yarpaqlı göyərti və turpgil istehlakı - Toral hər gün iki porsiya tünd yarpaqlı göyərti və bir porsiyon turpgil (kələm, ispanaq, brokoli, karnabahar) yeyir. Bu qidalar döş xərçəngi riskini azaltmağa kömək edə bilər.

7. Yağsız yerinə tam yağlı süd məhsulları - Tam yağlı yoğurt, kefir və pendir yemək döş xərçəngi və təkrara qarşı qoruyucu ola bilər. Toral bağırsaq mikrobiomunu gücləndirmək üçün keyfiyyətli süd məhsulları istehlak edir.


8. Yuxu üçün əlavələr - Toral genetik analiz nəticəsində iki mutasiyanın olduğunu öyrənib, biri östrojen reseptorlarını, digəri isə melatonin çevrilməsini təsir edir. Buna görə yuxu üçün maqnezium qlisinat və 5-HTP qəbul edir, yatmazdan əvvəl bütün elektron cihazları kənara qoyur.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri