Xərçəngin müalicəsində dönüş nöqtəsi: peyvənd sınaqdan uğurla ÇIXDI
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xərçəngin təkrarlanma riskini 49% azaldan yeni vaksin tezliklə təsdiqlənəcək.
Bizim.Media xəbər verir ki, "Moderna" və "Merck" şirkətlərinin birgə hazırladığı "intismeran" preparatı fərdi mRNT peyvəndi kimi son sınaq mərhələsini uğurla başa çatdırıb. Preparat "Keytruda" immunoterapiya dərmanı ilə birgə tətbiq olunur.
Bu vaksin hər bir xəstənin şiş toxumasındakı xüsusi mutasiyalar əsasında tamamilə fərdi qaydada hazırlanır.
Yüksək riskli melanoma (dəri xərçəngi) diaqnozu olan 1137 xəstənin iştirak etdiyi klinik sınaqlarda terapiya qarşıya qoyulan əsas məqsədə çatıb.
Müalicə xəstəliyin yenidən qayıtma (reçidiv) riskini kəskin şəkildə azaldıb və xərçəng hüceyrələrinin digər orqanlara yayılmasının (metastaz) qarşısını alıb. Əvvəlki 5 illik müşahidələr zamanı da bu terapiyanın təkrarlanma və ya ölüm riskini 49% azaltdığı sübut olunmuşdu.
"Moderna" və "Merck" şirkətləri yaxın aylarda dərmanın rəsmi istifadəsi üçün səhiyyə tənzimləyicilərinə müraciət etməyi planlaşdırır. (Musavat.com)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 21 Avqust 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















