Icma.az
close
up
RU
Xərci borcunu ödəməyən faydalı bitki Bərdədə yerkökü sahələri niyə kəskin azalıb?

Xərci borcunu ödəməyən faydalı bitki Bərdədə yerkökü sahələri niyə kəskin azalıb?

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kənd təsərrüfatı məhsulları içərisində öz faydası və məhsuldarlığı ilə seçilən bitkilərdən biri olan yerkökü ölkənin Qarabağ zonasında ən çox Bərdə rayonunda yetişdirilir.

Bu məhsul qış mövsümündə ikinci əkin kimi becərilir. Bərdə rayonunun Kətəlparaq, Soğanverdilər, Piyadalar və İmirli kəndləri bölgədə bu məhsulun ən çox əkildiyi kəndlər hesab olunur. Fermerlərin bildirdiyinə görə artıq bir neçə ildir ki, bu sahəyə maraq tədricən azalır. Bunun əsas səbəblərindən biri isə yerkökünün yetişdirilməsinə çəkilən xərclərin ilbəil artması və əldə olunan gəlirin maya dəyərini ödəməməsidir.

Uzun illərdir, yerkökü əkini ilə məşğul olan Bərdə rayonu Soğanverdilər kənd sakini, fermer Əlif İbrahimov “Report”un Qarabağ bürosunun əməkdaşına açıqlamasında ötən il yerkökü üçün nəzərdə tutulan əkin sahələrinin bu il də azaldıldığını deyib:

“Keçən illə müqayisədə bu il daha az yerkökü əkmişik. Çox güman ki, gələn il də bu il əkdiyimizin yarısı qədər əkəcəyik. Ancaq vəziyyətin necə dəyişəcəyini bilmirik. Əgər belə davam edərsə, o zaman yerkökü becərilməsini dayandırmaqdan başqa yol qalmayacaq”.

Ə.İbrahimov yerkökünün builki qiymətlərinin xeyli aşağı düşdüyünü bildirib:

“Bu məhsuldan götürülən qazanc çəkilən əziyyətə dəymir, gəlir ildən-ilə azalır. Məsələn, keçən il məhsulun tam paketlənmiş halda bir kiloqramı təqribən 80 qəpik-1 manata idisə, bu il qiymət 55-60 qəpik aralığında dəyişir. Əlbəttə, bu qiymət fermerlərə sərf eləmir. Yaranmış bu vəziyyət nəticədə yerkökü sahələrinin sürətlə azalmasına səbəb olur. Əkin sahələri azaldıqca, istehsal da aşağı düşür. Müqayisə etsək, keçən il hər gün bazarlara 10-15 ton məhsul göndərirdik. Bu il isə o rəqəm 2-3 tondur”.

Fermer yerkökü becərilməsinin rentabelli olmamasının digər səbəbi kimi xarici bazarlara çıxışın məhdudluğunu göstərib:

“Əvvəllər becərilən məhsul yerli bazarlara çıxarılmaqla yanaşı, Rusiya və Gürcüstana da ixrac edilirdi. Bir neçə ildir ki, bu proses nəinki ləngiyib, əksinə, hətta xaricdən idxal olunan yerkökünün həcmi artıb. Bu isə daxili bazarda yerli məhsulun qiymətinə təsirsiz ötüşmür. Məhsuldarlıq kifayət qədər yüksəkdir, ancaq hazır məhsulu xarici ölkələr bir yana, heç ətraf rayonlara da çıxara bilmirik.

İdxal genişləndikcə, ölkə bazarlarına çıxarılan məhsul tələbatdan artıq olur. Ona görə də yerli fermerlər zərərə düşürlər. Nəticədə əkin sahələri və yerkökü istehsalı azalır”.

Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzində “Report”un Qarabağ bürosuna yerli fermerlərin rayonda yerkökü sahələrinin azalmasına dair iddialarını təsdiqləyiblər. Mərkəzdən bildirilib ki, Bərdə rayonunda ötən il 275, bu il isə 132 hektar yerkökü əkilib. Hazırda bir kisəsi 10, 15 və 20 kiloqram çəki ilə qablaşdırılan məhsullar yalnız Bərdə rayonundakı bazarlara, həmçinin “Meyvəli” topdan və pərakəndə satış bazar-bazasına göndərilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://report.az
archiveBu xəbər 08 Fevral 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri