Xerson yenə Rusiya dronunun hücumuna məruz qaldı FOTO
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xersonda gecə və səhər saatlarında Rusiya dronlarının endirdiyi zərbələr nəticəsində iki nəfər xəsarət alıb, mülki infrastruktur zədələnib.
Bizim.Media xəbər verir ki, yerli administrasiyanın məlumatına görə, gecə saat 23:00 radələrində Dnepr rayonunda 48 yaşlı kişi partlayış travması, beyin silkələnməsi və baş, bədən, qol və ayaqlarda çoxsaylı qəlpə yaraları alıb.
O, orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Səhər Korabel rayonuna endirilən zərbə supermarketə, çoxmərtəbəli binalara və avtomobilə ziyan vurub.
Hücum zamanı 52 yaşlı qadın beyin silkələnməsi, qapalı kəllə-beyin travması və üzündə, belində qəlpə yaraları alaraq xəsarətlənib. O da orta ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Bizim.Media
Baxış sayı:88
Bu xəbər 10 Dekabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















