Icma.az
close
up
RU
İcazəsiz tövlə tikən kəndlini nə gözləyir? KONKRET

İcazəsiz tövlə tikən kəndlini nə gözləyir? KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda torpaq sahələrində tövlə, su quyusu və çirkab su anbarlarının tikintisinə xüsusi icazə tələbinin tətbiqi müzakirələrə səbəb olub. Yeni qaydalara əsasən, sahəsi 100 kvadratmetrədək, hündürlüyü isə 5 metrə qədər olan tövlələrin tikintisi artıq müvafiq icazə əsasında həyata keçiriləcək. Eyni zamanda həcmi 60 kubmetrdən artıq olmayan su quyuları, çirkab su anbarları və hovuzların inşası üçün də icra hakimiyyəti və şəhərsalma ilə razılaşdırılmış şəkildə icazə alınması məcburidir. Maraqlıdır, bu qaydanın tətbiqinin səbəbi nədir, hansı fəsadlara yol açacaq?

Əmlak eksperti Anar Nəsirov KONKRET.az-a açıqlamasında bildirib ki, bu tələbin əsas səbəbi kəndlərdə və yaşayış sahələrində özbaşına aparılan tikintilərə nəzarəti gücləndirməkdir. Onun sözlərinə görə, bəzi şəxslər torpağın statusundan və yerləşdiyi zonadan asılı olmayaraq “harda və necə gəldi” tövlə və yardımçı tikililər inşa edir:

“Qaydanın tətbiqi qadağan olunmuş və ya məqsədsiz istifadə edilən ərazilərdə özbaşına tikililərin qarşısını almağa yönəlib. Amma bunun kiçik sahibkarlar və sadə kənd sakinləri üçün ciddi çətinlikləri olacaq.”

Ekspert deyir ki, kiçik təsərrüfat sahibləri üçün icazə almaq prosesi aylarla vaxt aparacaq, torpaq sənədlərinin toplanması və layihələndirmə xərcləri isə əlavə yük yaradacaq. Nəsirov hesab edir ki, bu dəyişikliklər daha çox kiçik sahibkarlara zərər vuracaq:

“Ət, süd, yağ kimi məhsulların qiymətinə belə təsir göstərə bilər. Çünki insanlar artıq tövlə tikməyə maraq göstərməyəcək. Əslində həvəsləndirici addımlar atılsaydı, bazarda həm bolluq yaranardı, həm də qiymətlər enərdi.”

Hüquqşünas Ramil Süleymanov isə KONKRET.az-a açıqlamasında qeyd edib ki, yeni qaydalar hüquqi baxımdan tikinti prosesinə nəzarəti gücləndirməyi hədəfləyir. Onun sözlərinə görə, torpaq sahəsində istənilən tikili üçün əvvəlcədən icra hakimiyyətinə məlumatlandırma icraatı təqdim edilməlidir:

“Layihə, torpağa dair sənədlər və mülkiyyətçinin şəxsiyyət vəsiqəsi təqdim edildikdən sonra etiraz olmadığı halda tikintiyə icazə verilir. Əgər məlumatlandırma icraatı olmadan tikinti aparılarsa, İcra Hakimiyyəti məhkəməyə müraciət ünvanlayıb tikilinin sökülməsini tələb edə bilər.”

Vəkil əlavə edib ki, icazəsiz tikilən tövlə və digər obyektlərin gələcəkdə rəsmi qeydiyyata alınması da mümkün olmayacaq.

Yeni qaydalar həm nəzarətin gücləndirilməsi, həm də özbaşına tikililərin qarşısının alınması baxımından müsbət qiymətləndirilsə də, ekspertlər bunun xüsusilə kənd yerlərində yaşayan və kiçik təsərrüfatla məşğul olan vətəndaşlar üçün əlavə bürokratik maneələr yaradacağını bildirirlər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Dekabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri