Icma.az
close
up
RU
Uşaq oxuyur, amma başa düşmür 5 ildən bir dəyişən dərsliklərin qaranlıq tərəfi

Uşaq oxuyur, amma başa düşmür 5 ildən bir dəyişən dərsliklərin qaranlıq tərəfi

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bəli, həqiqətən də orta məktəblər üçün ayrı-ayrı fənlər üzrə hazırlanan dərsliklərdə bir neçə istiqamətdə ciddi problemlər var".

Bunu “Yeni Sabah”a təhsil eksperti Elmin Nuri bildirib.

O, dərsliklərlə bağlı Təhsil İnstitutunun direktoru, elm və təhsil nazirinin müşaviri Elnur Əliyevin tənqidi qeydi ilə ikiəlli razılaşıb.

“Birincisi, dərsliklərin dili, məzmunu həddindən artıq ağır, mürəkkəbdir. Halbuki dərslik modern kurikulumun tələb və prinsiplərinə uyğun olaraq şagird üçün düşüncə və maraq meyarlarına görə əlçatımlı və cəlbedici olmalıdır. Təəssüf ki, klassik tədris ənənələrindən irəli gələn akademik üslub, ağır-ləngərli məzmun şagirdlərin predmetə olan münasibətinə birbaşa təsir göstərir”, - deyə Elmin Nuri əlavə edib.

Ekspert vurğulayıb ki, dərsliklərin məzmun tərəfi ilə yanaşı forma baxımında da köhnə standartlar mövcuddur:

“Düşünmürəm ki, istər dərsliklər, istər onların əsasında keçirilən dərslərin böyük əksəriyyətində İT texnologiyasının modern tələbləri, əyləncəli əsaslı öyrənmə metodlarından tam surətdə istifadə olunmur.

Müasir təhsilin əsas tələblərindən biri həm də rəqəmsallaşmaqdır. Bu gün isə dərslikləri rəqəmsal dünyanın tələb və təklifləri ilə dostlaşdıra bilmirik. 

Konkret hansısa fənn üzrə yox, ümumilikdə dərsliklərə baxışın özündə ciddi çatışmazlıq var. Yəni “ədəbiyyat fənni üzrə dərslik riyaziyyat fənni üzrə dərsliklərdən daha problemlidir” deyə bilmərik. Hər fənn üzrə dərsliklərin strukturuna, onların fəlsəfəsi və mahiyyətinə, praktiki keyfiyyətlərinə ciddi dəyişiklərin edilməsi prinsiplərindən danışmalıyıq. Təəssüf ki, bu istiqamətdə də işlər gecikir”.

Təhsil eksperti əlavə edib ki, dərsliklərin yenilənmə müddətinin 5 il olması da işi qəlizləşdirir:

“Təsəvvür edin, ötən il hazırlanan və şagirdlərin ixtiyarına verilən hər hansı dərsliyin tədris prosesindən kənarlaşdırılması və oradakı xətaların aradan qaldırılması üçün hələ 4 il gözləməliyik. Anlamaq olar ki, dərsliklərin çapı ciddi vəsait tələb edir və hər il bu proses baş tuta bilməz. O zaman hazırlıq prosesində daha diqqətli olmalıyıq”.

“Dərsliklərin təsirli və anlaşıqlı olması üçün bəzi xoşagəlməz məqamların aradan qaldırılması vacibdir. İlk növbədə, şagirdlərin yaş psixologiyası nəzərə alınmalıdır. Dərsliklərdə istifadə olunan cümlələr, ifadələr və sözlər şagirdlərin yaşına uyğun şəkildə tənzimlənməlidir”, - bu sözləri isə təhsil eksperti Elçin Əfəndi “Yeni Sabah”a açıqlayıb.

O vurğulayıb ki, hazırda istər Azərbaycan dili, istər ədəbiyyat, eləcə də tarix, biologiya, kimya və fizika dərsliklərində müəyyən çətinliklər mövcuddur:

“Dərsliklərin hazırlanması zamanı Nazirlər Kabinetinin 25 fevral 2020-ci il tarixli qərarı əsas götürülməlidir. Həmin sənəddə qeyd olunan müddəalar dəqiq şəkildə tətbiq edilməli, verilən məlumatlar düzgün və şagirdlərin yaş xüsusiyyətlərinə uyğun hazırlanmalıdır. Ümumiyyətlə, nəşriyyatlar və müəlliflər bütün bu amilləri nəzərə almalı, dərsliklərdən lazımsız məlumatlar, xoşagəlməz mövzular və şagirdlər üçün çətin anlaşılan mətnlər çıxarılmalıdır. Dərsliklər ən azı 3 ildən bir yenilənməli və dəyişikliklər aparılmalıdır”.

E.Əfəndi dərsliklərin əsasən təhsil sahəsində çalışan şəxslərin – universitet əməkdaşları, mütəxəssislərin ərsəyə gətirildiyini qeyd edib:

“Təklif olunur ki, konkret olaraq nazirliyin tabeliyində dərsliklərin hazırlanması və monitorinqi ilə məşğul olan xüsusi bir qurum yaradılsın. Bu qurum Təhsil İnstitutunun və ya birbaşa nazirliyin tabeliyində fəaliyyət göstərə bilər. Eyni zamanda, dərsliklərin çapı da nazirliyin nəzarətində həyata keçirilməlidir. Hər hansı mətbəə və ya nəşriyyatla ayrıca razılaşıb tender üsulu ilə çap işini həyata keçirmək məqsədəuyğun sayılmır”.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Dekabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri