Icma.az
close
up
RU
Xəstə həkim ondan imtina etdiyi üçün ölüb?

Xəstə həkim ondan imtina etdiyi üçün ölüb?

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Siyəzən rayon sakini atası Qabil Zeynalovun vəfatında Mərkəzi Klinikanın Kardiologiya Şöbəsinin müdiri, həkim‐kardioloqu Firdovsi İbrahimovu ittiham edir. 

“Qafqazinfo”ya müraciət edən Mabəddin Zeynalov bildirib ki, 2‐ci qrup əlil olan atası aprelin 18-də vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq Siyəzən Rayon Mərkəzi Xəstəxanasına üz tutub.

Şikayətçinin sözlərinə görə, mərhum yüksək şəkərli diabet xəstəliyi, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkib: “Həkimlərin baxışından sonra atama infarkt diaqnozu qoyulub, təcili yardımın köməyi ilə o, Mərkəzi Klinikaya təxliyə edilib. Mərkəzi Klinikada kardiologiya şöbəsinin müdiri, həkim‐kardioloq Firdovsi İbrahimov atamı müayinə etdikdən sonra, onda ürək damarının tutulması aşkar edilərək damarına angioplastika yolu ilə stent qoyulduqdan sonra, təkrarən aprelin 26-da növbəti müayinədən keçməsini bildirib. Biz də həmin gün atamı yenidən gətirdik, lakin Mərkəzi Klinikada qeydiyyat şöbəsinə yaxınlaşan zaman oradakı əməkdaşlar qanunsuz olaraq pul köçürmələrini tələb etdilər, əks halda xəstəyə baxmayacaqlarını bildirdilər. Firdovsi həkimin köməkçiləri də eyni sözləri bildirərək bizdən pul köçürməyimizi tələb etdi. Nəzərinizə çatdırmaq istəyirəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanunda göstərilir ki, vətəndaş qeydiyyatda olduğu ərazi üzrə tibbi xidmətlərin göstərilməsi, bu mümkün olmadığı təqdirdə vətəndaşa tibbi xidmətlərin göstərilməsi üçün aidiyyəti üzrə tibb müəssisəsinə göndəriş verilərək həkim müayinəsindən keçə bilər. Həkim müalicəsindən sonra vətəndaş təkrarən tam ödənişsiz qaydada 45 gün ərzində müalicə aldığı həkim tərəfindən müayinə oluna bilər”. 

M.Zeynalov deyir ki, daha sonra şöbə müdirinin otağına yaxınlaşaraq xəstənin 2‐ci qrup müharibə əlili olduğunu qeyd etsələr də, həkim və köməkçiləri onu tanımadıqlarını bildiriblər: “Əlacsız qaldığımız üçün onların dedikləri ilə razılaşıb klinikaya ödəniş etdik. Ödənişləri etdikdən sonra xəstəni Firdovsi İbrahimovun qəbuluna keçirən zaman xəstəxananın mühafizə xidməti yaxınlaşaraq həkimin xəstəni qəbul etmək istəmədiyini bildirdi. Səbəb də o olub ki, guya biz ondan yuxarı instansiyalara şikayətlər etmişik. Halbuki belə şey baş verməyib. Amma bütün bunlara baxmayaraq, həkim Firdovsi İbrahimov hikkəsi və inadkarlığı ilə rəftar edərək müxtəlif əsassız bəhanələr gətirməklə xəstəsindən əsassız və qanunsuz, həmçinin qərəzli olaraq imtina edib”. 

Vətəndaş bundan sonra aidiyyəti üzrə müraciətlər edib: “Məsələ ilə bağlı aprelin 26-da Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiliyi və TƏBİB‐in qaynar xətlərinə zəng edib şifahi məlumat bildirməyimlə yanaşı, müxtəlif dövlət qurumlarına şikayət ərizələri yazaraq müraciət etmişik. Lakin onunla bağlı heç bir tədbir görülmədiyindən atam Qabil Zeynalov həmin hadisənin səhəri günü, yəni aprelin 27-də vəfat etdi”.

İddialarla bağlı həkim Firdovsi İbrahimovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, pasiyent Qabil Zeynalov aprelin 18-də Siyəzən Rayon Mərkəzi xəstəxanasından bu klinikaya miokard infarktı diaqnozu ilə KAG müayinəsi üçün təxliyə edilib: “Xəstə daxil olan kimi ona hər bir tibbi xidmət göstərilərək təcili olaraq KAG laboratoriyasına qaldırılaraq infarkt keçirdiyi RCA damarına 2 ədəd dərmanlı stent implantasiya edilib. Bu xidmətlər üçün heç bir ödəniş tələb olunmayıb. Xəstə stasionara daxil olan kimi intravenoz inyeksiya üçün səthi venalara düşmək qeyri-mümkün oldu (arterial təzyiq yüksək olduğu halda). Bu şübhə yaradaraq xəstədən anamnez toplanarkən narkotik vasitə istifadəçisi olduğu soruşulub, xəstə inkar edib. Sonradan xəstəyə KAG masasında femoral venadan damar yolu qoyulub, daha sonra KAG üçün arteriyadan girişim edilib. Xəstə sidikdə narkotik maddə təyini analizi olunmasına da imkan verməyib”. 

F.İbrahimovun sözlərinə əsasən, xəstə və yanında gələn iki nəfər əvvəl xəstənin şəhid ailəsi olduğunu qeyd edərək onlara aid imtiyazlardan yararlanmaq istəyiblər: “Daha sonra şəhid ailəsi olmasını sübut edən sənəd olmadığından Qarabağ müharibəsi əlili, daha sonra isə sadəcə 2-ci qrup əlil olduğunu qeyd edərək bütün personalda şübhə doğurublar. Araşdırdığımız zaman bu xəstənin nə şəhid ailəsi, nə də Qarabağ müharibəsi iştirakçısı olduğu üzə çıxdı. Xəstə və yaxınları getdikləri tibbi və qeyri-tibbi mərkəzlərdə bu şəkildə hər kəsi şantaj etməklə məşğul olduqları ortaya çıxdı. 

Aprelin 19-da xəstə müalicəsini qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə müraciət etməli olduğu üçün evə yazılıb. Lakin xəstə aprelin 26-da Mərkəzi klinik Xəstəxananın özəl poliklinikasına müraciət edib. Halbuki poliklinik bütün xidmətlər İcbari tibbi sığorta nəznində olan bütün yerli poliklinikalarda mövcuddur. Həmin gün xəstə və yaxınlarından məcburi heç bir ödəniş tələb olunmayıb. Xəstəyə resept verilərək növbəti müayinələrini yerli xəstəxanada davam etdirməli olduğu izah olunub. Lakin yaxınlarının analiz vermək istəyi ilə özləri kassaya ödəniş ediblər. 4 dəqiqə sonra ödənişi geri götürüblər. Xəstəyə müalicəsini davam etdirməsi üçün dərman resepti də verilib”.

Şöbə müdiri əlavə olaraq bildirib ki, xəstə və yaxınları ilə heç bir kobud davranış olmayıb: “Əksinə ölkənin professor həkimi, həkimlər və digər personal təhdid edilib. Xəstənin yanında olan 2 nəfər hədə-qorxu gələrək “biz hər kəsi dizi üstə gətirmişik” deyərək müharibə iştirakçısı mühafizəçini itələyərək divara vurub. 

Həkimlərə məlumdur ki, çoxlu narkotik maddə istifadə edən şəxslərdə şəkərli qidalara güclü istək və tələbat yaranır. Bu xəstənin əvvəllər də dəfələrlə yüksək şəkər (600mg/dl və ölçülə bilinməyən Hİ səviyyədə) göstəricisi ilə Siyəzən Rayon Xəstəxanasına müraciət etməsi yuxarıdakı şübhələri doğruldur. Xəstənin aprelin 26-dan sonra rayon xəstəxanasına təkrar müraciət etməsinə səbəb şəkərin yenidən kəskin yüksəlməsi olub”.

Lamiyə Məmmədova 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 May 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri