Xəstə övladı olan ana fəryad edir: Uşaqlar həyətdə oynayanda Mahir pəncərədən baxıb ağlayır
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Altı yaşlı Mahir Səlimzadə qaraciyər çatışmazlığından əziyyət çəkir.
Oxu.Az-la əlaqə saxlayan Mahirin anası Hicran Məmmədova hazırda Beyləqanda yaşadıqlarını və müalicə xərclərini qarşılaya bilmədiklərini vurğulayıb.
O qeyd edib ki, Mahir bir müddət Bakıda müalicə alsa da, sonradan maddi sıxıntılar ucbatından rayona qayıdıblar:
"Yardımsevər insanların köməyi ilə oğlum bir neçə dəfə müalicə aldı. Onda yaşıdları kimi gülə, qaça, oynaya bilirdi. Daha sonra ona lazım olan dərmanları ala bilmədik və Mahirin vəziyyəti günü-gündən pisləşdi, halsızlaşdı. Burnundan tez-tez qan açılır. Həyətdə oynayan uşaqlara baxır, ağlayır. O, həm də epilepsiyadan əziyyət çəkir. Oğlum vaxtında müalicə ala bilməsə, onu itirə bilərəm. Xalqımdan xahiş edirəm, bizə dəstək olsunlar. Mahirin bir kurs müalicəsi 800 manat təşkil edir".
Ailə ilə əlaqə: (050) 624-89-96
ABB: 5522 0993 6483 8813.
Baxış sayı:108
Bu xəbər 05 May 2025 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















