Icma.az
close
up
RU
Xəstədən analiz 35 gün əvvəl götürülüb

Xəstədən analiz 35 gün əvvəl götürülüb

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurova 3 gündən çoxdur ki, komadadır. Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən qadının beyninə çirk yayıldığı iddia olunur. 

Axşam.az-ın məlumatına görə, ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova məsələ ilə bağlı paylaşım edib. O bildirib ki, bir neçə gün əvvəl ailə ilə qızlarının durumu ilə bağlı danışıb:

"Bu səhər bir çox insan məni işarələyərək burun əməliyyatından sonra "Bona Dea" xəstəxanasına aparılan və orda komada yatan gənc qız (N.M) haqqında məlumat verməyimi istədi. Əslində, bir neçə gün əvvəl bu hadisədən xəbərdar olmuş və ailə ilə əlaqə qurmağa çalışmışdım. Lakin ailə məlumatın yayılmasını istəmədiyi üçün məsələni ictimailəşdirməmişdim. Bu gün fərqli məlumatlarla qarşılaşdım.

Hadisənin səbəbi həkim səhvidir, yoxsa sonradan infeksiya yaranıb? Bu suallar hələ də cavabsızdır. Məsələ ilə bağlı "Mərcan Klinikası"na müraciət etdim və bildirildi ki, xəstə əməliyyatdan sonra normal vəziyyətdə evə buraxılıb. 3 yanvarda əməliyyat olunub, 4 yanvarda evə buraxılıb. Lakin bir gün sonra baş verən hadisələr hələ tam aydın deyil. Ailənin xəstəxanaya verdiyi məlumata görə, xəstə evdə olduğu müddətdə müxtəlif sistemlər qoşulub və Təcili tibbi yardım çağırılıb. Bu zaman sual yaranır: Təcili tibbi yardım həkimləri xəstəyə nə köçürüblər və vəziyyətin ciddiliyini dərk ediblərmi?

Əgər meningit infeksiyası mövcuddursa, niyə bunu müəyyən edə bilməyiblər və xəstəni xəstəxanaya aparmayıblar?".

Jurnalist bildirib ki, Nəzrin Mansurovadan analizlər əməliyyatdan 35 gün əvvəl götürülüb:

"Ailəsindən aldığım məlumata əməliyyatdan öncə xəstədən ən son analiz 35 gün əvvəl götürülüb. 4 yanvarda xəstə evdə narahat hiss edib, gecə iki dəfə qaytarıb. Həkimlə məsləhətləşərək ona antibiotik veriblər. Səhərə yaxın xəstə qeyri-adekvat davranıb. Sonra huşssuz olub. 5 yanvarda xəstənin vəziyyətinin daha da ağırlaşdığını görən ailəsi (ailə savadlı və vəziyyətin tam fərqində olub – belə ailələrlə qürur duymaq lazımdır) onu "Bona Dea" xəstəxanasına çatdırıb. Xəstəxananın qəbul şöbəsində gənc qızın vəziyyəti qəfil ağırlaşıb və ona “toksik şok” diaqnozu qoyulub. Bu gün isə xəstənin alın payında çat olduğu barədə ailəyə məlumat verilib.

Əməliyyatı həyata keçirən cərrah Sənan Mehdiyev mətbuata verdiyi açıqlamada kompüter tomoqrafiyasının nəticələrinə əsasən beyinə nüfuz edən heç bir sınığın olmadığını bildirib. Deyib ki, burun əməliyyatlarında bu görünən haldır. O qeyd edib ki, xəstənin ayaq üstə hərəkət etməsi də bunun sübutudur.

Bəs iki gündən sonra xəstədə nə baş verib? Bu məsələni istintaq və tibbi komissiya araşdırmalıdır. Həkim Sənan Mehdiyev əməliyyatı hansı şəraitdə həyata keçirib? Əməliyyat zamanı səhvə yol verilibmi? Əməliyyatdan sonra öz ayağı ilə evə gedən xəstənin vəziyyəti niyə bu bu qədər kəskinləşib? Evdə qoşulan sistemlər ona zərər verə bilərdimi? Təcili tibbi yardım xidməti xəstəyə hansı dərmanları vurub və niyə hospitala aparmayıb? Meningit infeksiyası necə yaranıb və necə sürətli inkişaf edib? Təcili yardım həkimi niyə bunun fərqində olmayıb? Hazırda əsas suallar bunlardır və hadisənin bütün tərəflərinin obyektiv şəkildə araşdırılması vacibdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://axsam.az
archiveBu xəbər 10 Yanvar 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri