Icma.az
close
up
RU
Həkim xəstədən XƏRÇƏNGƏ YOLUXDU

Həkim xəstədən XƏRÇƏNGƏ YOLUXDU

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tibb ictimaiyyəti Almaniyada baş vermiş nadir bir hadisədən heyrətə düşüb. Belə ki, 53 yaşlı cərrah əməliyyat zamanı xəstəsindən nadir xərçəng növü – fibroz histiositoma ilə yoluxub. Bu, xərçəng xəstəliyinin pasiyentdən həkimə ötürülməsinin sənədləşdirilmiş ilk halıdır.

News.az oxu.az-a istinadla xəbər verir ki, bu nadir hadisə barədə “New England Journal of Medicine” elmi jurnalında məqalə dərc olunub.

Bildirilir ki, almaniyalı cərrah yumşaq toxuma xərçəngi olan xəstəyə drenaj qoyulması zamanı əlini kəsib. Yaranın dərhal işlənməsi və sarğılanmasına baxmayaraq, beş ay sonra kəsik yerində bərkimə əmələ gəlib. Aparılan araşdırmalar göstərib ki, cərrahın şişi bədxassəli olub və genetik cəhətdən xəstənin xərçəngi ilə eyni olub.

Fibroz histiositoma – hər il təxminən 1 400 nəfərdə diaqnoz qoyulan nadir bədxassəli şiş növüdür. Alimlər qeyd edirlər ki, bu, nadir haldır, çünki immun sistemi adətən yad toxumaları rədd edir. Lakin cərrahda “qeyri-effektiv antişiş immun reaksiyası” inkişaf edib ki, bu da xəstənin şiş hüceyrələrinin yaşamasına imkan verib.

Əməliyyat olunan xəstə cərrahi müdaxilənin uğurlu keçməsinə baxmayaraq, ağırlaşmalar səbəbindən bir neçə ay sonra vəfat edib. Cərraha əməliyyat və antişiş terapiyası aparılıb ki, bu da xərçəngin yayılmasının qarşısını alıb.

Ekspertlər vurğulayırlar ki, xərçəngin tibb işçilərinə keçməsi halları son dərəcə nadirdir və dəqiq statistika yoxdur. Lakin məlumdur ki, bəzi xərçəng növlərində – məsələn, süd vəzi, ağciyər, qaraciyər və digər orqanların xərçəngində xərçəng hüceyrələri cərrahi müdaxilələr zamanı yayıla bilər. Buna görə də həkimlər əməliyyatlar zamanı bütün təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyə çağırırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 Yanvar 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see388

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see384

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see359

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see247

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see242

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see227

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see222

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see207

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see202

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see201

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see199

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see191

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see185

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see183

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see178

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see175

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see174

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see167

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri