“Xəstələndiyini məhz hospitalda öyrəndik, ağır vəziyyətdə idi” Əsgər atası (YENİLƏNİB)
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bizə oğlumun xəstə olduğu barədə məlumat veriləndən sonra hospitala getdik. Xəstələndiyini də məhz orada öyrəndik”.
Demokrat.az xəbər verir ki, bu barədə Musavat.com-a mərhum əsgər 21 yaşlı Əli Cəfərovun atası, Gəncə Dövlət Dram Teatrının rəssamı Vahab Cəfərov bildirib.
“Oğlumu yalnız kənardan göstərdilər. Ağır vəziyyətdə idi. Dörd gün sonra isə onu itirdik. Təəssüf ki, həmin vaxt Əli ilə danışa bilmədim”, - deyə ata əlavə edib.
Məlumata görə, Əli Cəfərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsinin məzunu olub. O, Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçirmiş. 5 ay əvvəl hərbi xidmətə çağırılan gənc əsgər dekabrın 15-i Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında pnevmoniyadan vəfat edib. Əlinin nəşi dekabrın 17-si Gəncəyə gətirilərək torpağa tapşırılıb. Atasının sözlərinə görə, ailə oğlunu sonuncu dəfə məhz hospitalda görüb, lakin onun vəziyyəti kritik olduğundan ünsiyyət qurmaq mümkün olmayıb.
Hərbi Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlik səbəbindən müalicə aldığı hospitalda vəfat etməsi faktı üzrə Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri həyata keçirilir: “Ölümün səbəbinin dəqiq müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib. Faktla bağlı araşdırma hazırda davam etdirilir”.
***
12:26
Hərbi Prokurorluqda 21 yaşlı əsgər Əli Cəfərovun ölüm faktı üzrə araşdırma aparılır.
Bu barədə Demokrat.az-a Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda 15.12.2025-ci il tarixdə vəfat etməsi faktı əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb.
“Ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib. Faktla bağlı hazırda araşdırma davam etdirilir”, - məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 18 Dekabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















