Icma.az
close
up
RU
Xəstələr artır, xəstəxana və həkimlər azalır: NİYƏ?

Xəstələr artır, xəstəxana və həkimlər azalır: NİYƏ?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən illə müqayisədə Azərbaycanda xəstəxanaların, xəstəxana çarpayılarının və tibb işçilərinin sayı azalıb.

Ölkədə xəstəxanaların sayı 2025-ci ilin əvvəlindəki 350-dən 2026-cı ilin əvvəlində 339-a düşüb. Xəstəxanalardakı çarpayıların sayı eyni dövrdə 40,3 mindən 37,9 minə azalıb. Ölkədə bütün ixtisaslar üzrə həkimlərin sayı 35,2 mindən 34,8 min nəfərə, orta tibb işçilərinin sayı isə 57,7 mindən 55,3 min nəfərə düşüb. 

Bəs bu azalmaların səbəbi nədir? 

Tibbi ekspert, professor Adil Qeybulla “Cebheinfo.az”-a bildirib ki, çarpayı sayının azalması klinikaların sayının azalması ilə bağlıdır:

“Əsas nəzərəçarpan məsələ isə həkimlərin sayının azalmasıdır. Bu gün həkimlərimizin əksəriyyətinin Avropa ölkələrinə, həmçinin Almaniya, İngiltərə, Fransa, Amerika və Türkiyəyə axını var. Nəzərə alaq ki, həkimlərin başqa ölkələrə axınının bir səbəbi burada onlar üçün lazımi şəraitin olmamasıdır. Digər səbəbi isə gənc həkimlərin öyrənməyə, inkişaf etməyə məkan tapmamasıdır. Xaricdə təhsil alan həkimlərin sonradan ölkəyə qayıtması yaxşı haldır, amma qayıtmayan həkimlər də var. Biz belə mütəxəssisləri niyə itirməliyik ki? Olan resurslardan mümkün qədər yararlanmaq lazımdır”. 

A.Qeybullanın sözlərinə görə, Səhiyyə işinin təşkilində çox ciddi qüsurlar var: 

“Bunları qaydaya salmaq, bütün sahələrdə resursları itirməmək, onlardan səmərəli istifadə etmək lazımdır. Çünki səhiyyə genefondun keşiyində dayanan sahədir. Hesab edirəm ki, bu, çox vacibdir. Rayonlarda səhiyyənin inkişafını təmin etmək üçün mütəxəssislərin ora getməsini stimullaşdırmaq məqsədilə əlavə tədbirlər görülməlidir. Bu barədə dəfələrlə danışılıb. 65 yaşına çatan həkimləri- əgər öz arzusu yoxdursa- dərhal pensiyaya göndərmək olmaz.  İşləmək imkanı varsa, işinə davam etməsinə icazə verilməlidir. Düşünürəm ki, bütün bunlar öz həllini tapmalıdır”. 

Ekspert qeyd edib ki, icbari tibbi sığorta tətbiq olunandan sonra çox sayda həkim itirilib və bu,  ciddi yanlışdır:

“Biz resurslarımızı itirə bilmərik. Hər bir resurs millətin və xalqın xeyrinə istifadə olunmalıdır”.

Aişə 
“Cebheinfo.az”

 

Açar sözlər: xəstələr həkimlər Adil Qeybulla

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Sentyabr 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri