Icma.az
close
up
RU
Xəstələrin xaricdə həkim axtarışı

Xəstələrin xaricdə həkim axtarışı

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda icbari tibbi sığortanın tətbiqi əhali üçün tibbi xidmətlərin əlçatanlığını artırsa da, bəzi vətəndaşlar müalicə məqsədilə hələ də xarici ölkələrə üz tutmağa üstünlük verirlər. 

Xüsusilə uzunmüddətli müalicə tələb edən ağır diaqnozlarda, ürək-damar və nadir xəstəliklərdə o cümlədən onkoloji problemlər zamanı bu meyil daha çox nəzərə çarpır. İnsanların müalicə üçün xaricə üz tutmasında bir neçə amil əsas rol oynayır. 

Belə ki, xaricdə müalicə metodlarının daha müasir olması, mütəxəssislərin peşəkarlığına göstərilən etibar və qiymətlərin büdcəyə uyğunluğu vətəndaşların seçiminə təsir edir. 

Bu isə səhiyyə xidmətlərinin keyfiyyətinin təkmilləşdirilməsi və insanların həkimlərə olan etimadının gücləndirilməsi məsələsini gündəmə gətirir. İnsanların müalicə üçün xarici ölkələrə üz tutmağa nə vadar edir? 

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlama verən həkim-terapev Rasif Bağırov bildirib ki, vətəndaşların öz həkimlərimizə inamı zəifdir:

“İnsanların müalicə üçün xarici ölkələrə üz tutmasının səbəbləri çoxdur. Əvvəllər yollar açıq olanda insanlar daha çox İran, Gürcüstan, Rusiya və Türkiyəyə gedirdilər. Gediş-gəliş asan idi. Çünki bir çox hallarda vətəndaşların öz həkimlərimizə inamı olmurdu. 

Gün ərzində həm vizual, həm də yazılı kütləvi informasiya vasitələrində həkimlərimizə qarşı tənqidi fikirlər o qədər çox yayılırdı ki, nəticədə cəmiyyətdə inamsızlıq formalaşırdı. Bunun nəticəsində bir çox xəstə öz həkimlərimizə güvənməyərək xarici ölkələrə üz tuturdu. Ən çox da coğrafi yaxınlıq səbəbilə İran seçilirdi. Üstəlik, həmin ölkədə müalicə qiymətləri yerli qiymətlərlə müqayisədə daha ucuz başa gəlirdi. Bu baxımdan, xaricdə müalicələrin ucuzluğu da əhəmiyyətli rol oynayırdı”. 

Onun sözlərinə görə, əvvəllər daha çox maddi imkanı yaxşı olan şəxslər xaricdə müalicəyə üstünlük verərdilər: 

“Bəzən isə ağır xəstəliklər olurdu ki, onların müalicəsi ölkəmizdə mümkün deyildi. Belə hallarda xəstələr əsasən Türkiyəyə, bəzən isə dövlət xətti ilə Almaniya və digər ölkələrə göndərilirdi. 

İmkanlı şəxslər isə hətta yüngül xəstəliklər üçün belə, birbaşa Almaniya və İsrail kimi ölkələrə gedərək müalicə alırdılar. Öz həkimlərimizə müraciət edənlər əsasən xaricə getmək imkanı olmayan insanlar olurdu. Bəlkə də onların da maddi imkanları olsaydı, xaricdə müalicəyə üstünlük verərdilər. Lakin bu prosesdə bir reallıq da var: 

həkimlərimiz ölkəmizdə müalicəsi mümkün olan xəstəliklər üzrə yüksək səviyyədə xidmət göstərirlər və bu sahədə uğurlar az deyil”. 

O qeyd edib ki, hazırda quru yollar bağlı olduğundan, bir çox xəstənin xaricə getmək imkanı olmur və yerli həkimlərə müraciət edirlər: 

“Təəssüf ki, həkimlərimiz haqqında tez-tez yayılan mənfi fikirlər, tənqidlər insanlarda inamsızlıq yaradır. Halbuki, ilk növbədə insanlarda inam formalaşmalıdır ki, xəstələr yerli həkimlərə güvənsinlər. Bu mənada təbliğatın təsiri az deyil, bu, xəstələrin xarici ölkələrə üz tutmasının əsas səbəblərindən birinə çevrilib. 

Hazırda quru yollar bağlı olduğuna görə xəstələrin xaricə getmək imkanı azdır. Buna görə də insanlar məcbur qalaraq yerli həkimlərə müraciət edirlər. Hər nə qədər bütün həkimlər haqqında ümumi fikir söyləmək düzgün olmasa da, onların müəyyən hissəsi müraciətləri lazımi səviyyədə qarşılayır və xəstələrin ehtiyaclarını ödəyə bilir”. 

Gülər
"Cebheinfo.az" 

Açar sözlər: Xəstə həkim Rasif Bağırov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Sentyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see305

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see287

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see280

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see264

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see260

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see230

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see223

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see214

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see209

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see193

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see192

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see190

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see187

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see185

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see183

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see182

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see171

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see168

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri