Icma.az
close
up
RU
Xəstəliyin inkişafının sürətini ləngidən dərmanlar var MÜNASİBƏT BİLDİRİLDİ

Xəstəliyin inkişafının sürətini ləngidən dərmanlar var MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Azheimer çox geniş yayılmış bir xəstəlikdir". Bu sözləri SİA-ya açıqlamasında həkim-nevroloq Qalib Əsədov deyib.

O bildirib ki, ilk dəfə olaraq bunu alman psixiatrı A.Azheimer təsvir etdiyi üçün onun adı ilə adlandırılıb: "Buna başqa sözlə "qocalıq", "ağıl zəifliyi", "demans" da deyilir. Yaşa dolduqca yavaş-yavaş bəzi insanlarda sinir hüceyrələri məhv olduğu üçün bu gün bunun mexanizmi tam aşkarlanıb. Sinir hüceyrələri məhv olur və Azheimer dediyimiz hal baş verir. Əvvəlcə insanın qısamüddətli yaddaşı itir. Bu, adətən yüngül formada olur. Dünən baş verən hadisə, yediyi yemək yadından çıxır. Xəstəlik inkişaf etdikcə uzunmüddətli informasiyalar da yaddan çıxmağa başlayır. Xəstə tamamilə köməksiz vəziyyətə gəlir. Adətən, 60-65 yaşlarda başlayır, lakin bəzən gənc yaşlarda da Azheimerin başlanmasını görürük. Bunu alimlər genetik faktorla əlaqələndirirlər.

Azheimerin başlamaması üçün ən yaxşı metod beyni işlətməkdir. Çoxlu oxumaq, krasvord işləmək, əyləncəli tapmacalar, oyunlarda iştirak etmək, yeni dillər öyrənmək, beyni inkişaf etdirən bütün fəaliyyətlər Azheimerin qarşısını alır. Qidalanmaya fikir vermək, tərəvəz, xüsusilə kokos bitkisi Azheimerə yaxşı təsir edir. Təmiz havada gəzmək müsbət təsir edir. Əgər əlavə xəstəlik varsa, ürək, qan təzyiqi, şəkər xəstəliyi kimi, bunları daim nəzarətdə saxlamaq və normal halda saxlamaq lazımdır ki, Azheimer baş verməsin. İnsanlar buna barmaqarası baxdıqda beynin qanla təchizatı pozulur və Azheimer getdikcə inkişaf edir.

Azheimer, ümumiyyətlə, getdikcə pisləşən xəstəlikdir. Bu gün biz bu xəstəliyi müalicə edə bilmirik. Amma xəstəliyin inkişafının sürətini ləngidən dərmanlar var".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Fevral 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri