Xəstəxanada həkimin pullarını oğurlayan şəxsə hökm oxundu
Icma.az bildirir, Olke.az portalına istinadən.
Bakıda iki il əvvəl xəstəxanaların birində xanım həkimin pullarını oğurlayan şəxs həbs edilib.
Ölkə.az xəbər verir ki, Tağıyev Fərhad Piri oğlunun Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Bir sıra silsilə oğruluqlara görə həbs olunan Fərhad Tağıyevin 2024-cü ildə xəstəxanaların birindən də oğurluq etdiyi məlum olub. Təqsirləndirilən şəxs iş axtarmaq adı ilə xəstəxanada həkim-kardiloloq vəzifəsində çalışan Leyla Ələkbərovanın kabinetinə daxil olub və onun pul qabını oğurlayıb. O, zərərçəkmiş həkimə 2690 manat məbləğində maddi ziyan vurub.
Fərhad Tağıyev oğruladığı pulla "Azpulmant"a olan kredit borcunu verib və digər yerlərə xərcləyib.
Məhkəmənin hökmü ilə o, 2 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum edilib.((qaynarinfo)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 12 İyun 2026 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















