Xəstəxanada yatmadı, amma 34 gün “yatmış” kimi göründü İDDİA
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hərbi çağırış zamanı psixiatrik müayinəyə göndərilən vətəndaş illər sonra sənədlərdəki uyğunsuzluqla bağlı problem yaşadığını deyir. Onun sözlərinə görə, heç vaxt xəstəxanada yatmadığı halda elektron sistemdə 34 gün Psixiatriya Xəstəxanasında stasionar müalicə aldığı göstərilib.
Milli.Az xəbər verir ki, şikayətçi bildirib ki, 2024-cü ilin iyununda Səfərbərlik Xidmətinin Lənkəran şöbəsi tərəfindən Maştağadakı Psixiatriya Xəstəxanasına yönləndirilib və orada yalnız qısa müddət müayinə olunub:
"Mənə 34 gün sonra komissiya üçün tarix verildi, həmin gün də sağlam olduğum deyildi. İndi isə iş üçün arayış alanda sistemdə 34 gün yatmış kimi göstərilir".
Səhiyyə Nazirliyi isə açıqlayıb ki, vətəndaş stasionar şöbəsinə qəbul edilib və bu, gündüz müayinə, gecə isə evə qayıtmaq formasında olan xidmət növüdür. Qurumun bildirdiyinə görə, sistemdə bu tip qəbul texniki olaraq stasionar kimi qeyd oluna bilər və bu, real yatış faktı demək deyil.
Nazirlik həmçinin qeyd edib ki, vətəndaş istəsə, məlumatların dəqiqləşdirilməsi və düzəliş üçün xəstəxanaya və ya elektron sistem üzərindən müraciət edə bilər. Araşdırmanın nəticəsinə əsasən, qeydlərlə bağlı izahatın verildiyi də bildirilib.
Asya
Milli.Az
Baxış sayı:125
Bu xəbər 16 Aprel 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















