Icma.az
close
up
RU
Xəstəxanalarda qalma xərcləri hotellərlə niyə eynidir? MİLLƏT VƏKİLİ SƏBƏBLƏRİ AÇIQLADI FOTO

Xəstəxanalarda qalma xərcləri hotellərlə niyə eynidir? MİLLƏT VƏKİLİ SƏBƏBLƏRİ AÇIQLADI FOTO

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Daha əvvəl keçirilən Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzovun səsləndirdiyi fikir ictimai müzakirələrin mərkəzinə çevrilib. Deputat iclasdakı çıxışı zamanı deyib ki, bu gün ölkədə elə xəstəxanalar var ki, orada qalmağın qiyməti adi bir otelin qiymətləri ilə müqayisə oluna biləcək səviyyədədir. Bu bəyanat həm vətəndaşların, həm də səhiyyə mütəxəssislərinin diqqətini bir daha ölkədəki tibbi xidmətlərin qiymətlərinin tənzimlənməsi mexanizminə yönəldib.
Avtosfer.az xəbər verir ki, əslində, bu müqayisə cəmiyyətdəki narahatlığın nə qədər əsaslı olduğunu göstərir. Vətəndaşlar keyfiyyətli və əlçatan tibbi xidmət almaq hüququna malikdir. Lakin bir çox özəl və hətta bəzi dövlət tibb müəssisələrində xidmətlərin, o cümlədən palataların qiymətlərinin hotel səviyyəsinə çatması, tibbi xərclərin ağır yükə çevrilməsinə səbəb olur. Axı xəstəxana sağlamlıq mərkəzi olmalıdır, lüks kurort deyil. Bəs deputation da toxunduğu "hotel qiymətləri"ni kim müəyyən edir və tibb müəssisələrindəki qiymət siyasətinə nəzarət mexanizmləri nə dərəcədə effektivdir?


Məsələ ilə bağlı sosioloq Lalə Mehralı saytımıza açıqlamasında bildirib ki, bu həddindən artıq aktual və bir çox insanı əhatə edən sosial problemdir:
“Xəstəlik elə bir vəziyyətdir ki, insan həyatının ən çətin günlərini məhz həmin dönəmdə yaşayır. Həm mənəvi, həm psixoloji, həm də maddi cəhətdən ciddi çöküş baş verir. Ona görə də bu dövrdə xəstəyə daha uyğun, münasib və rahat şəraitin yaradılması vacibdir. Lakin təəssüf ki, bir çox hallarda xəstəxanalar elə yüksək qiymətlər təyin edirlər ki, insan xəstəliyindən çox, bu qiymətləri eşidəndə daha da ağır vəziyyətə düşür. Halbuki həmin insanın bu ərəfədə həm ruhən, həm də fiziki cəhətdən dincəlməsi, müalicə prosesinə fokuslanması lazımdır. Bu sahədə dövlət nəzarət mexanizmlərini gücləndirməlidir. Bəzən belə düşünülür ki, yalnız özəl xəstəxanalar bu qiymətlərlə maliyyələşirlər, amma bu gün elə dövlət xəstəxanaları var ki, özəl müəssisələrdən də baha xidmət göstərir. Məsələn, Milli Onkologiya Mərkəzində stasionar müalicə almaq və ya ambulator müayinələrdən keçmək çox ciddi şəkildə insanların büdcəsinə təsir edir. Analizlər, diaqnostik müayinələr və digər xidmətlər böyük məbləğlər tələb edir”.
Sosioloq qeyd edib ki, insanlar xəstələnir, lakin yüksək qiymətlər səbəbindən müalicə ala bilmirlər. 
“Deputatın bu məsələ ilə bağlı dediklərinə diqqətlə yanaşmaq lazımdır. İnsanların ümidləri icbari tibbi sığortaya idi, lakin bəzi hallarda sığorta da gözlənilən nəticəni vermədi. Sığorta xidmətlərindən yararlanmaq üçün çox uzun növbələr yaranıb, xəstələr arasında ciddi rəqabət müşahidə olunur. Hətta səhər saat 5-6-da xəstəxanaların qarşısında növbəyə duran, xəstə halı ilə saatlarla gözləyən insanlar var. Bu gözləmə prosesi onların səhhətinə əlavə zərər vurur. Sığortanın işləmədiyi xəstəxanalarda və ya bəzi xidmət növlərində isə qiymətlər elə yüksəkdir ki, insanlar sözün əsl mənasında çətin vəziyyətə düşürlər. Bu problemin tənzimlənməsi, ilk növbədə, insanların sığortalı işlə təmin olunmasından başlayır. Sığorta xidmətləri göstərən xəstəxanaların keyfiyyətinin artırılması da əsas şərtlərdəndir. Hazırda bəzi xəstəxanalarda sığorta çərçivəsində bütün tibbi xidmətlər göstərilmir və insanlar məcburən sığortasız şəkildə digər xəstəxanalara müraciət edirlər. Bu isə həm büdcəyə, həm də ailə gəlirlərinə əlavə yük yaradır. Buna görə də sığorta xidmətlərinin keyfiyyətini yüksəltmək, vətəndaşlara sığortalı iş imkanları yaratmaq vacibdir. Minimum əməkhaqqı ilə işləyən və sığortası olmayan bir insan üçün xəstəliklə mübarizə aparmaq, demək olar ki, mübarizəyə başlamadan uduzmaq anlamına gəlir”.


Milli Məclisin son plenar iclasında millət vəkili Siyavuş Novruzovun səsləndirdiyi “bəzi xəstəxanalarda qalma qiymətləri otellərlə eynidir” fikrinə münasibət bildirən millət vəkili, tibb elmləri doktoru Rəşad Mahmudov qeyd edib ki, bu məsələyə qiymət verərkən dövlət və özəl tibb sektorlarını bir-birindən ayırmaq lazımdır:
“Dövlət xəstəxanalarında göstərilən xidmətlərin qiymətləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təsdiqlənən xidmətlər zərfi və tarif cədvəllərinə uyğun şəkildə formalaşdırılır. Yəni bu müəssisələrdə qiymət siyasəti dövlət tərəfindən tənzimlənir və vətəndaş üçün vahid tarif sistemi mövcuddur,” – deyə millət vəkili vurğulayıb.
Rəşad Mahmudovun sözlərinə görə, özəl tibb müəssisələri isə azad iqtisadi fəaliyyət subyekti kimi fəaliyyət göstərdiyindən, onların qiymətləri bazar prinsiplərinə əsaslanır və bu da təbii olaraq fərqli səviyyələrdə olur:
“Dünya təcrübəsində də bu, normal sayılır. Bir çox ölkələrdə, məsələn, Almaniya, Türkiyə və Sinqapurda özəl klinikaların qiymətləri bəzən eyni səviyyəli hotellərdən də yüksək olur. Səbəb sadədir, hotel yalnız yataq və qidalanma xidməti göstərir, xəstəxana isə xüsusi hazırlıqlı ixtisaslı personal, 24 saatlıq xidmət və tibbi nəzarət, peşəkar həkimlərin saxlanma xərcləri, bəzən premium xidmət, avadanlıqlar, dərman təminatı və daha mürəkkəb və ciddi təhlükəsizlik məsuliyyəti daşıyır,” – deyə o bildirib.
Deputat əlavə edib ki, qiymət fərqliliyinin yaranmasının digər səbəbi isə müharibələr və iqtisadi böhranlar fonunda idxal olunan tibbi avadanlıqların, sərf materialların və dərmanların baha olması, özəl sektora sığorta dəstəyinin məhdudluğu, peşəkar kadr xərcləri və infrastrukturun səviyyəsi ilə bağlıdır.
Sonda Rəşad Mahmudov qeyd edib ki, gələcəkdə bu sahədə minimum xidmət standartlarının və qiymət şəffaflığının təmin olunması, həmçinin dövlət-özəl əməkdaşlığı modelinin genişləndirilməsi, xəstəxanalarda xidmətin keyfiyyətinə görə müəyyən kateqoriyalaşdırma (A, B, C sinif xəstəxanalar) tətbiq edilməsi səhiyyə sisteminin davamlı inkişafı üçün vacib addımlardan biri olacaqdır. İnanıram ki, ölkəmizdə həyata keçirilən səhiyyə islahatları ilə biz bu problemləri mərhələli şəkildə həll edəcəyik.


Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.


Məmmədova Fidan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Oktyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see290

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see232

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see141

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see130

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see125

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see124

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see121

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

NATO müharibənin bitmə tarixini AÇIQLADI

26 Noyabr 2025 15:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri