Xəstəxanının idarəçilik sirləri: Həkimlikdən CEO luğa VİDEO
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Uzman doktor Turanə Rəsulovanın müəllifi və aparıcısı olduğu, “BakuPost TV”də yayımlanan “Saturasiya” podkastının növbəti qonağı xəstəxana rəhbəri və qurucusu Dr. Cəbrayıl Abbasov olub.
Söhbətdə özəl xəstəxanaların idarəetmə prinsipləri, tibbi xidmətin keyfiyyəti ilə maliyyə davamlılığı arasında balansın qurulması və xəstəxana rəhbərinin həkim olmasının idarəçilik qərarlarına təsiri müzakirə edilib.
Buraxılışda icbari tibbi sığortanın maliyyələşmə modelinin pasiyentə göstərilən xidmətin keyfiyyətinə, dövlət və özəl xəstəxanaların fəaliyyətinə, eləcə də səhiyyədə əmək bazarına təsirinə toxunulub. Bölgələrdə özəl xəstəxanaların yaradılması və tibbi xidmətə əlçatanlığın artırılması da söhbətin əsas mövzuları sırasında yer alıb.
Dr. Cəbrayıl Abbasov hərbi tibb təhsilindən və Ədliyyə Nazirliyinin tibb müəssisələrindəki fəaliyyətindən xəstəxana idarəçiliyinə uzanan peşə yolunu bölüşüb. Bu təcrübənin ona qazandırdığı bacarıqlar, komanda quruculuğu və idarəçilikdə vizionun rolu haqqında danışıb.
Verilişin tam versiyasını “BakuPost TV”nin YouTube kanalında izləyə bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 14 Oktyabr 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















