Icma.az
close
up
RU
Həkimlikdən siyasətə Qalmaqallı keçmiş nazir Bakıya niyə gəlmir?

Həkimlikdən siyasətə Qalmaqallı keçmiş nazir Bakıya niyə gəlmir?

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Beynəlxalq səviyyəli tədbirin Bakıda keçirilməsi bir çox şəxsdə və bəzi ölkələrdə narahatlıq doğurmuşdu. Bakının uğuruna sevinməyənlər bunu müxtəlif tərzdə hiss etdirirdilər. Bəziləri Azərbaycana qarşı qarayxma kampaniyası keçirərək narahatlığını aşkar şəkildə nümayiş etdirirdi. Bu şəxslərdən biri də Avropa Komissiyasının hazırkı rəhbəri Ursula von der Leyendir. Onun COP29-la bağlı son bəyanatı da buna bariz nümunədir.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen 2024-cü ilin noyabrın 11-dən etibarən Bakıda keçiriləcək COP29 iqlim sammitinə qatılmayacaq. Onun ofisindən verilən məlumata görə Ursula von der Leyenin bu tədbirdə iştirak etməməsinin səbəbi Brüsseldəki mühüm siyasi öhdəliklərdir. O, dekabrda başa çatacaq yeni Komissiya heyətinin formalaşdırılması və təsdiqlənməsi üzərində işləyir.

Aİ məsuliyyətdən qaçır

Görünür, Aİ məusliyyətdən qaçır. Ursula von der Leyen-in COP29 sammitinə qatılmaması Avropa İttifaqının iqlim dəyişikliyi məsələlərinə yanaşmasında ciddi suallar doğurur. Von der Leyenin bu mühüm beynəlxalq tədbirdə iştirak etməməsi, Avropa İttifaqının bu məsuliyyətləri gözardı etdiyini düşündürür. Bu qərar, onun və rəhbərlik etdiyi qurumun, bəşəriyyətin gələcəyini təhlükəyə ata biləcək iqlim dəyişikliyi kimi ciddi problemləri ciddiyə almadığını göstərir. Dünya, xüsusilə Avropa İttifaqı kimi böyük çirkləndiricilərdən iqlim maliyyəsi və ətraf mühitin qorunması ilə bağlı daha böyük öhdəliklər gözləyərkən, Avropa İttifaqı bu məsələlərdən qaçır. Aİ COP29 sammitində iştirak etməyərək beynəlxalq ictimaiyyətə qarşı etinasızlıq nümayiş etdirir.

COP29-da iştirak etməmək Avropa İttifaqının qlobal ekoloji və iqtisadi ədalət məsələlərində ciddi addım atmadığını göstərir. Avropa İttifaqı, bu sammitdə iştirak etməməklə, həm özünün, həm də digər ölkələrin ekoloji və iqlim sahəsindəki öhdəliklərinə qarşı məsuliyyətsiz yanaşır. Bu isə, Aİ-nin uzun müddət ərzində iqlim dəyişikliyi ilə bağlı etibarını zədələyə bilər. Avropa İttifaqının bu yanaşması onun qlobal iqlim problemlərinə ciddi yanaşmadığını və yalnız öz maraqlarını ön planda tutduğunu göstərir. İqlim dəyişikliyi ilə mübarizə, həm ekoloji, həm də sosial ədalət məsələsi olduğundan Aİ-nin məsuliyyətdən yayınması ciddi narahatlığa səbəb olur.

Ursula von der Leyen kimdir?

Ursula von der Leyen almaniyalı siyasətçi və Avropa Komissiyasının hazırkı rəhbəridir. O, 1958-ci ildə Belçikanın Brüssel şəhərində anadan olub. Əsl adı Ursula Gertrud Albrechtdir. Siyasətə gəlməzdən əvvəl o, tibb təhsili alıb və həkim kimi işləyib. Onun atası da siyasətçidir. Ursula von der Leyen Almaniyada müxtəlif hökumət vəzifələrində, o cümlədən ailə, əmək və müdafiə naziri kimi fəaliyyət göstərib.

Ursula von der Leyen 2019-cu ildə Avropa Komissiyasının prezidenti seçilərək bu vəzifəni tutan ilk qadın olub. Bu rolda o, Avropa İttifaqının müxtəlif məsələlərini, xüsusilə də COVID-19 pandemiyasına qarşı cavab tədbirlərini, iqlim dəyişikliyi ilə mübarizəni və rəqəmsal transformasiya təşəbbüslərini idarə etməkdə əsas rol oynayıb.

Ursula von der Leyen Almaniyada müdafiə naziri olduğu dövrdə onun ordunun təchizatında və idarəçiliyində olan problemlərə görə tənqid edilib. Xüsusilə, hərbi təchizatın çatışmazlıqları və ordunun modernləşdirilməsində ləngimələr narazılıqlara səbəb olub. Həmçinin, nazir olaraq məsləhətçi şirkətlərlə müqavilələr bağladığı və bunun üçün büdcədən xeyli vəsait mənimsəndiyinə dair iddialar irəli sürülüb.

Onun Avropa Komissiyasına rəhbərlik etdiyi dövrdə üzv ölkələr tərəfindən tənqid olunub. Buna səbəb COVID-19 pandemiyasının ilkin mərhələlərində vaksin tədarükü və paylanması məsələlərində problemlər və gecikmələr yaşanmasıdır. Bəziləri onun rəhbərliyini qeyri-şəffaf və bürokratik qərarlar qəbul etməkdə günahlandırır.

Ursula von der Leyenin Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsi kontekstində enerji siyasəti ilə bağlı bəzi qərarları da müzakirələrə səbəb olub. Onun enerji siyasətinə dair bəzi qərarları Avropa İttifaqı daxilində qiymət artımları və enerji çatışmazlığı ilə bağlı narahatlıq doğurub.

İslam
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Noyabr 2024 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri