Xətai rayonunda binanın zirzəmisi kanalizasiya sularına qərq olub ŞİKAYƏT
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Xətai rayonu, Telnov küçəsindəki 18 nömrəli binanın sakinləri zirzəmiyə kanalizasiya sularının axmasından şikayətçidirlər.
Oxu.Az-a şikayət ünvanlayan sakin bildirib ki, Telnov, 18, 8-ci blokun zirzəmisinə tez-tez kanalizasiya suları yığılır.
"Dəfələrlə yazırıq, gəlib suyu çəkirlər, yenə yığılır. Problemi kökündən həll edən yoxdur. Nəmişliyin içindəyik. Ağcaqanad əlindən qapını da açıq qoymaq olmur", - deyə sakin bildirib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda yığılan qrunt sularıdır.
"Məsələ ilə bağlı müvafiq sukanal idarəsinə müraciət daxil olduğu təqdirdə qəza briqadası əraziyə cəlb edilir, əhaliyə köməklik göstərilir. Hazırda qəza briqadası vəziyyətlə bağlı məlumatlandırılıb və müvafiq tədbirlər həyata keçiriləcək", - deyə açıqlamada bildirilib.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 06 Yanvar 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















