Xətai rayonunda yol nəqliyyat hadisəsi nəticəsində işıqfor yararsız vəziyyətə düşüb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-si səhər saatlarında paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AZƏRTAC-a verilən məlumata görə, qəza nəticəsində nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb, piyada işıqforuna isə zərər dəyib.
İlkin ehtimala görə, qəza sürücünün diqqətsizliyi nəticəsində baş verib.
Hazırda NİİM işıqforun yenisi ilə əvəz edilməsi üçün tədbirlər görür.
Baxış sayı:98
Bu xəbər 12 Noyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















