Xətaidə yenidən sürüşmə təhlükəsi yaranıb (Video)
Icma.az bildirir, Milli.az portalına istinadən.
Bakının Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yenidən sürüşmə təhlükəsi yaranıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, eyni yerdə 1 ildə ikinci dəfə sürüşmə baş versə də, ərazini lentləməkdən başqa heç bir təhlükəsizlik tədbiri görülməyib.
Həmin ünvanda yaşayan sakinlər deyirlər ki, yaşadıqları binanın qarşısında sürüşmədən sonra təhlükəli vəziyyət hökm sürür.
Onların sözlərinə görə, aidiyyəti qurum bir neçə dəfə əraziyə baxış keçirsə də, sürüşmənin qarşısının alınması üçün nə beton bloklar quraşdırılır, nə də istinad divarı hörülür.
Bəs yağıntılar başlamazdan əvvəl ərazidə təhlükəsizliyin təmin edilməsi və istinad divarının tikintinə nə zaman başlanılacaq?
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva deyib ki, həmin əraziyə baxış keçirilib və lentlənib: "Cari ilin 11 aprel tarixində intensiv yağışlar nəticəsində qeyd olunan ərazidə uçqun hadisəsi baş verdikdən sonra ərazidə istinad divarının tikintisinə qərar verilib, bu məqsədlə zəruri sənədləşdirmə işləri aparılaraq istinad divarının tikinti layihəsi hazırlanıb. Layihənin icrasına yaxın zamanlarda başlanılması nəzərdə tutulub".
O, da qeyd olunub ki, yaxınlıqda yaşayan vətəndaşlar torpaq uçqunu baş vermiş sahəyə yaxınlaşmamalı və bu sahədən avtomobil dayanacağı kimi istifadə etməməlidirlər.
Ddaha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 09 Oktyabr 2026 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















