Icma.az
close
up
RU
Xətaidə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirildi Video

Xətaidə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirildi Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Ötən gün Xətai rayonunda rayon İcra Hakimiyyətinin və Xətai rayon Bələdiyyəsinin təşkilatçılığı ilə “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Zahid Oruc, Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, məktəb direktorları, müəllimlər, şəhid ailələrinin üzvləri, rayon ağsaqqalları və ziyalılar iştirak ediblər.

Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev müəllimləri peşə bayramı münasibətilə təbrik edib. O bildirib ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin imzaladığı dövlət proqramları çərçivəsində Xətai rayonunda yerləşən bütün məktəb və uşaq bağçaları müasir standartlara uyğun olaraq əsaslı şəkildə təmir edilir, idman meydançaları salınır və təhsil müəssisələri müasir avadanlıqlarla təmin olunur.

Rafiq Quluyev qeyd edib ki, bu diqqət və qayğının əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən təməl prinsiplər dayanır və bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Rayonun təhsil sahəsində qazandığı uğurlardan danışan icra başçısı bildirib ki, 2025–2026-cı tədris ilində orta məktəbi bitirən 4 544 məzundan 3 018-i ali təhsil müəssisələrinə qəbul olub, 61 məzun 650-dən yuxarı bal toplayıb, 9 məzun isə məktəbi qızıl medalla başa vurub.

Digər çıxış edənlər Prezident cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələrindən, təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan, eləcə də Azərbaycan təhsilinin inkişafında mühüm rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlərdən danışıblar.

Sonda pedaqoji fəaliyyətində fərqlənən, tədrisdə yüksək nəticələr əldə edən müəllimlərə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunub.

https://www.youtube.com/watch?v=bt93rlIwf24












Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Oktyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri