Icma.az
close
up
RU
Xətaidə “8 Noyabr qürur və şərəf tariximiz” adlı tədbir keçirildi Video

Xətaidə “8 Noyabr qürur və şərəf tariximiz” adlı tədbir keçirildi Video

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Xətai rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə Xətai rayon İcra Hakimiyyəti, YAP Xətai rayon təşkilatı, Xətai rayon Xətai bələdiyyəsinin təşkilatçılığı ilə qazilər və şəhid ailələri ilə görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Mixael Zabelin, Qüdrət Həsənquliyev, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon prokuroru Sərdar İmanov, rayon Polis İdarəsinin rəisi Vaqif Mürsəlov, rayon məhkəməsinin sədri Vahid Sadıqov, rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, şəhid ailələri, qazilər iştirak ediblər.

Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə Azərbaycan xalqının birliyinin, milli həmrəyliyinin, dövlətimizin gücünün və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsidir. Dövlət başçısının uzaqgörən strategiyası, siyasi iradəsi və diplomatik məharəti sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyulub. Bu möhtəşəm Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq. Vurğulanıb ki, qazanılan Qələbənin təməlində Vətənə sonsuz sevgi, qəhrəmanlıq və fədakarlıq dayanır. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir, qazilərimizin göstərdiyi şücaət xalqımız üçün əsl qəhrəmanlıq nümunəsidir. Bu gün hər bir Azərbaycan vətəndaşı qalib dövlətin vətəndaşı olmağın qürurunu yaşayır. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın fədakarlığını unutmaq, onların əziz xatirəsinə hörmətlə yanaşmaq hər birimizin mənəvi borcudur.

Digər çıxış edənlər isə qeyd ediblər ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli birliyin və xalqın sarsılmaz iradəsinin təntənəsi kimi xüsusi yer tutur. Bu tarixi Qələbə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurla davam etdirilməsinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Bildirilib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin edən “Böyük Qayıdışa dair Dövlət Proqramı” çərçivəsində ardıcıl tədbirlər həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri Azərbaycanın iqtisadi potensialının və quruculuq əzminin bariz göstəricisidir.

Tədbir çərçivəsində şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə və hərbi qulluqçulara dövlət tərəfindən göstərilən hərtərəfli diqqət və qayğı xüsusi vurğulanıb. Bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli istiqamətində görülən işlərin əhəmiyyəti qeyd olunub və göstərilən yüksək diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlıq ifadə edilib.
















Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Noyabr 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri